Gözəl hörüklərə sahib olmaq istəyirsinizsə

Gözəl hörüklərə sahib olmaq istəyirsinizsə
Saç və Dəri baxımı
10.09.2017 24
Saçları hörmək və günboyu dağılmamasını istəyirsiniz? Elə isə, bu xəbər sizin üçündür. Saçları hörmək uzun saçlı xanımlar üçün ən rahat üsuldur. Saçlar dağılmaz, uçuşmaz, günboyu narahat etməz və həmçinin də gözəl görünərsiniz. Bu səbəblərə görə də tələbələrin də əvəzolunmaz saç düzümləridir. Məktəbli və uzun saçlı bir xanımsınızsa, təbii ki, hörməyi mükəmməl bilirsiniz. Amma yeni başlayanalar saçları daha gözəl hörmək və uzun müddət saxlamaq üçün aşağıdakı məsləhətlərdən faydalana bilərlər.

● Birinci qayda budur: Saçları hörməzdən əvvəl saçlarınızı yumalısınız. Daha asan forma əldə edilməsini və uzun müddət düzgün qalmasını istəyirsinizsə, bu qayda önəmlidir.

● Amma saçlarınızı qətiyyən nəm olarkən hörməyin, çünki saçlar nəm olanda daha asan qırılır. Saçlar quruduqdan sonra hörülməlidir.

● Hörməzdən əvvəl saçlarınızı fenləməlisiniz. Düz fen çəkilən saçları hörmək daha yaxşı nəticə verər.

● Hördükdən sonra saçlarınız aralardan çıxır? Bunun qarşısını almaq üçün kremdən, spreydən və s. istifadə edə bilərsiniz.

● Uclu bir daraq işlətməlisiniz. Bu qayda ilə saçlarınızı daha dəqiq ayıra biləcəksiniz.

● Saç diblərini bərabər ayırmalısınız. Gözəl bir hörük əldə etmək üçün bu incəlik son dərəcə önəmlidir.

● Hördükdən sonra saçlarınızın ucunu bir rezinlə möhkəmləndirərək hörüyünüzün uzun müddətli qalmasını təmin edərsiniz.

● Son bir qeyd: Sıx bir hörük əvəzinə, yüngül, boş hörüklər etməyiniz məsləhətdir. Sıx hörmək saçların qırılmasına və tökülməsinə səbəb olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!