Mimiki qırışları açan maskalar

Mimiki qırışları açan maskalar
Saç və Dəri baxımı
10.09.2017 7
Gözəlliyinə fikir verən hər xanım bilir ki, mimiki qırışlardan xilas olmaq çox çətindir. Üstəlik, bu tip qırışlar çox erkən – 24-30 yaşdan etibarən özünü büruzə verməyə başlayır. Üzünüzdəki mimiki qırışlardan narahatsınızsa, aşağıdakı maska reseptlərini sınaqdan çıxarın.



Çiyələk və bal maskası



Tərkibi:

Təzə çiyələk

1 qaşıq zeytun yağı

1 çay qaşığı bal

1 çay qaşığı çobanyastığı



Hazırlanması:

Çiyələyi əzib zeytun yağı, bal və çobanyastığı çayı ilə qarışdırın. Maskanı təmiz dəriyə çəkin. 20 dəqiqə saxlayıb üzünüzü əvvəlcə ilıq südlə silin, daha sonra isə soyuq su ilə yuyun. Bu maskanı həftədə bir dəfə çəkməyiniz kifayət edəcək.



Kəsmik və kök maskası



Tərkibi:

1 xörək qaşığı kəsmik

1 xörək qaşığı qatı qaymaq

1 xörək qaşığı təzə yer kökü şirəsi



Hazırlanması:

Əvvəlcə kəsmiklə qaymağı birlikdə, sonra kök şirəsini əlavə edərək qarışdırın. Maskanı üzünüzə çəkib yarım saat saxlayın. Daha sonra üzünüzü soyuq su ilə yuyun. Üzünüzü buzla masaj edin. Salfetlə üzünüzü qurulayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!