Sızanaq ləkələrindən qurtulmaq üçün sadə üsullar

Sızanaq ləkələrindən qurtulmaq üçün sadə üsullar
Saç və Dəri baxımı
10.09.2017 3
Xiyar:

Xiyar hamar dəriyə sahib olmaq üçün ən rahat vasitələrdən biridir. Ona gözəlliyin açarı da demək olar. Əksər üz və saç baxımı maskalarının hazırlanmasında xiyardan istifadə olunur.



Bal:

Bal da sızanaq izlərindən xilas olmaq üçün effektli vasitələrdən biridir. Balı təmiz dəriyə tətbiq edib istədiyiniz qədər saxlayın, daha sonra su ilə yuyub qurulayın. Qısa müddətdə sızanaq izlərindən xilas olacaqsınız.



Yumurta ağı

Yumurtanın ağını bir qaba qoyun və incə qat şəklində üzə tətbiq edin. 30-45 dəqiqə gözlədikdən sonra yuyun. Qısa müddətdə izlərdən qurtulacağınızı görəcəksiniz.



Aleo vera

Aleo Vera bitkisi keçmiş zamanlardan insanların güvənərək istifadə etdiyi bir vasitə olub. Bu bitki yaraları və yara izlərini yaxşılaşdırmaqda əla vasitədir. Tərkibində aloe olan sızanaq kremlərindən istifadə etmək köməyinizə çatacaq və dəriniz düzəlməyə başlayacaq.



Alma sirkəsi

Alma sirkəsi tək qarın əritmək üçün deyil, sızanaqlar üçün də effektli təsirə malikdir. Təmiz üzünüzə sızanaq izləri olan hissələrə alma sirkəsi sürtün və yarım saat gözləyin. Bu, həm qırışların qarşısını alacaq, həm də daha hamar dəriyə sahib olmağınıza şərait yaradacaq. Hər gün tətbiq etsəniz, tez bir zamanda təsirini görəcəksiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!