Tər əleyhinə vasitəni özünüz hazırlayın

Tər əleyhinə vasitəni özünüz hazırlayın
Saç və Dəri baxımı
10.09.2017 9
Tər əleyhinə vasitə hər gün istifadə etdiyimiz kosmetik vasitələrdən
biridir. Hansı formada qablaşdırılmasından asılı olmayaraq, bütün belə
vasitələrin tərkibi zərərli kimyəvi maddələrlə doludur. Aparılan
araşdırmalar göstərib ki, onlardan uzun müddət istifadə edən qadınlarda
döş xərçənginə yaxalanma riski artır.

 

Buna baxmayaraq, onlardan imtina etmək mümkün deyil. Xüsusilə,
yay aylarında özümüzdən əmin olmaq üçün həmin vasitələr bizə kömək edir.

 

Ona görə də, ya bir az daha çox pul xərcləyib təbii tərkibli
məhsullardan istifadə etməlisiniz, ya da tər əleyhinə vasitənizi ev
şəraitində özünüz hazırlamalısınız. Üstünlüyü ikinci varianta
verirsinizsə, 

 

Tərkibi:

50 ml. mineral su

10 damcı lavanda yağı

5 damcı adaçayı yağı

100 ml alma sirkəsi

 

Hazırlanması:

Siyahıdakıların hamısını kiçik bir kasaya töküb qarışdırın. Qarışığı təmiz sprey şüşəsinə töküb istədiyiniz vaxt istifadə edin.

Alternativ olaraq, özünüzə yasəmən qoxulu vasitə də hazırlaya bilərsiniz.

Bunun üçün 10 ml. gülab, 10 ml. mineral su, 10 ml qliserin, 2
damcı mixək yağı və 2 damcı yasəmən yağını bir qabda qarışdırın. Sprey
şüşəsinə boşaldıb istifadə edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!