Dərinizə gözəllik qatan məsləhətlər

Dərinizə gözəllik qatan məsləhətlər
Saç və Dəri baxımı
10.09.2017 4
Hər qadın gözəl və baxımlı bir dəriyə sahib olmaq istər və bunun üçün
bir-birindən fərqli üsullar sınayar. Lakin baxımlı və gözəl olmaq üçün
hökmən bahalı məhsullar lazım deyil.

Evdə gözəlləşmənin praktik yolları aşağıdakılardır...


Bol su için.
Bol su içməyin, dərini içəridən nəmləndirdiyi bir həqiqətdir. Sağlamlıq
baxımından bir maneə yoxsa gündə 2 litr su içilməsində fayda var. Ancaq
çay və qəhvə yerinə su içilməli. Çünki çay, qəhvə kimi içkilər sidik
gətirən təsirə malikdir, olan suyun da itkisinə səbəb olarlar. 


Nəmləndirici krem istifadə edin.
Xüsusilə quruyan, qabıq qoyan və yaşlanan dərini bu təsirlərdən qoruyar.
Xüsusilə gözaltlarına və bütün dəriyə tətbiq oluna bilən növləri var.
Təbii nəmləndirici ehtiva edənlər (xüsusilə zeytunyağı) istifadə
edilməlidir.


Qoruyucular yaz-qış istifadə edilməli.
Ləkələrdən və yaşlanmadan qorunmaq üçün günəş qoruyucuları yalnız yazda
deyil qışda da istifadə edilməli. Bunları seçərkən kimyəvi filtrlərə
əlavə olaraq fiziki filtr də olmasına diqqət edilməlidir. Yağlı dərilər
tez-tez təmizlənməlidir.

Yağlanılma sivilcə  meydana gəlməsinə və mikrob törəməsinə zəmin hazır.
Bu səbəblə yağlı dəri tez-tez yuyulmalı. Sabun şərt deyil lakin istifadə
ediləcəksə antiseptik və təbii olanlar seçim edilməlidir. Qidalanma
şəkli vacibdir. 

Tərəvəz, meyvə kimi vitamindən zəngin yemək qəbul edilməli. Kafi tapa
bilmiksə, çöldən vitamin gücləndirməsi ola bilər. Bu məqsədlə Biotin, C
və E vitaminləri və sinkin əhəmiyyəti böyükdür.

Siqaretdən uzaq durun.
Çay, qəhvə az qəbul edilməlidir. Siqaretdən də qətiliklə uzaq dayanılmalıdır. İdman və məşq çox vacibdir.
Ancaq dəri sağlamlığı üçün idmanın və məşqlə bağlı idman salonları yerinə açıq havada edilməlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!