Botoksu əvəzləyən maska

Botoksu əvəzləyən maska
Saç və Dəri baxımı
10.09.2017 4
Üzdə yaşla bağlı yaşanan dəyişikliklər heç bir qadını sevindirmir. Üzdə yaşlılığın ilk xırda əlamətini görən kimi tez onu yox etməyə çalışırlar. Buna görə də ya kosmetoloqun yanına gedib botoks etdirir, ya da bıçaq altına yatırlar. Ancaq bunsuz da üzdəki xırda qırışlardan xilas olmaq mümkündür.Dəridəki yorğunluq və yaşlılıq əlamətlərini yox edəcək nişastalı (kraxmallı) maskanı təqdim edirik.



1-1.5 x/q kartof nişastası

5 x/q kök suyu

1 x/q smetan

0.5 stəkan su



Kartof nişastasını (kraxmalı) su ilə qarışdırın. Qarışımı tavaya tökün. Sonra 0.5 stəkan qaynar su əlavə edib tündləşənə kimi qaynadın. Üzərinə kök suyu və smetan əlavə edin. Yaxşı qarışdırıb soyudun.



Nazik təbəqə şəklində üzünüzə çəkib 20-25 dəqiqə gözləyin. İsti su ilə yuyub nəmləndirici vurun. Qalanını da soyuducuda saxlayın. 3 gün hər gecə ard-arda  çəkin. 1 həftə sonra yenə təkrarlayın. İstifadədən sonra dərinizə toxunduqda yumşaq olduğunu hiss edəcəksiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!