Kosmetikamızı ev şəraitində asanlıqla özümüz hazırlayaq

Kosmetikamızı ev şəraitində asanlıqla özümüz hazırlayaq
Saç və Dəri baxımı
10.09.2017 77
Qarışıq dəri və çatlar üçün maska

2 xörək qaşığı vazelin.

1 xörək qaşığı qliserin,

1 çay qaşığı kök yağı,

1 çay qaşığı limon yağı.



Vazelin buxarda (su hamamında ) əridilir və yağlar əlavə olunur. Yaxşı
qarışdırılır. Bitmiş krem qabının içərisinə yığıb istifadə edə
bilərsiniz. Çatlara və qırışlara xeyri var və dərinin nəm olmasına kömək
edir. 


 
 

Qoruyucu krem

1 çay qaşığı gil,

1 çay qaşığı ərik yağı,

2 ədəd yumurta sarısı,

1 çay qaşığı lavanda yağı.



Bunlar qarışdırılıb istifadə edilir. 15 dəqiqə saxladıqdan sonra yuyulur və üz dərinizə uyğun nəmləndirici krem vurun. 


 
 

Əl-ayaq kremi:

3 xörək qaşığı vazelin.

2 ampula E vitamini,

2 xörək qaşığı zeytun yağı,

2 xörək qaşığı lavanda yağı.



Vazelin buxarda əridilir, yağlar əlavə olunub qarışdırılır. Daha sonra
hər hansı krem qabına töküb sərin yerdə saxlayın. Əl, ayak və topuğa
vurula bilər. Daban çatlarına da xeyri var. 


 
 

Bədən üçün yumşaldıcı və təravətləndirici maska

1 stəkan su,

2 xörək qaşığı duz,

2 çay qaşığı sirkə.



Hamısı qarışdırılır. Bunları çimərkən balaca dəsmala töküb bədəni masaj
etmək lazımdır. Bu qarışıq dərini ölü hüceyrələrdən təmizləyir, qan
dövranını yaxşılaşdırır, şaxtalı havadan qoruyur. 


 
 

Nəmləndirici və ağardıcı maska

2 xörək qaşığı zeytun yağı (dəri yağlıdısa limon)

1 xörək qaşığı yulaf unu,

1 xörək qaşığı xama,

1 ampul A vitamini.



Bunlar qarışdırılır və üzə çəkilir. 25 dəqiqə saxladıqdan sonra ilıq su
ilə yuyulur. 2 dəqiqə sonra isə nəmləndirici kremlə masaj edilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!