Qısa saç dəbi ilə ayaqlaşan məşhurlar

Qısa saç dəbi ilə ayaqlaşan məşhurlar
Saç və Dəri baxımı
10.09.2017 10
Bu yay bir çox məşhurlar, nə qədər qəribə olsa da, oğlan saç stilinə üstünlük veriblər.



Qısa saç dəbi ilə təkcə Hollivud gözəlləri deyil, Türkiyənin məşhur simaları da ayaqlaşırlar. Tuba Büyüküstünün xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədi ilə uzun saçını kəsdirməsi qısa saç stilinin Türkiyədə də aktuallaşmasına təkan verib.



Yeri gəlmişkən qeyd edək ki, "piks”  adlanan qısa saç kəsiminin dəbə minməsi aktrisa Odri Hepbern və model Tvigginin adı ilə bağlıdır. Belə ki, 1953-ci ildə Odri Hepbern "Roma tətilləri" filmi üçün saçını qısa kəsdirdi. Filmin süjet xəttinə görə, şahzadə Anna etiraz əlaməti olaraq uzun saçlarını kəsir. Filmin lentə alındığı dövrdə aktrisanin buna razılaşması o zaman üçün kifayət qədər cəsarətli addım idi. Film ekranlara çıxandan sonra cəsarətli modapərəstlər oğlansayağı saç stilinə üstünlük verməyə başladılar.



Uzun saçlarını kəsdirən məşhurların fotolarını təqdim edirik:




 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!