Sızanaqları yox edən 5 ən yaxşı vasitə

Sızanaqları yox edən 5 ən yaxşı vasitə
Saç və Dəri baxımı
10.09.2017 11
Sızanaqlar ən böyük dəri problemlərindən biridir.



Sızanaqlarla mübarizə etmək üçün xalq təbabəti müxtəlif vasitələr
təqdim edir. Biz bu vasitələrin arasında ən təsirli 5 vasitə seçdik.



1. Əzvay (aloe) çox təsirli sızanaqlar əleyhinə vasitədir. Bitkinin
yarpaqlarını kəsin, yaxşı yuyun, tənzifə bükün və 7 gün ərzində
soyuducuda saxlayın. Sonra xırdalayın, şirəsini sıxın və bu şirəni
sızanaqlara çəkin. Bunu gündə hər gün, bir neçə dəfə etmək olar.



2. Bağayarpağı yaxşı yuyun, xırdalayın və şirəsini sıxın. Bu şirəni sızanaqlara çəkin. Bunu hər gün edə bilərsiniz.



3. 2 xörək qaşığı quru pivə mayasını (apteklərdə satılır) ilıq suddə
əridin (qatı sıyıq kimi alınmalıdır) və ilıq şəkildə dəriyə çəkin. 20
dəqiqədən sonra üzünüzü ilıq su ilə yuyun. Belə maskanı həftədə 2 dəfə
etmək olar.



4. Çay ağacı yağı sızanaqların üzərinə gündə bir neçə dəfə çəkin.



5. Yaşıl gil ilıq su ilə yaxşı qarışdırılır (qatı sıyıq kimi
alınmaldır) və üz dərisinə çəkilir. Maska quruyandan sonra üzünüzü ilıq
su ilə yuyun.



Nəzərinizə çatdıraq ki, əgər sızanaqlar həddən artıq çoxdursa, bu
problemi yalnız kosmetoloqun köməyi ilə həll etmək mümkün olacaq.



Bundan əlavə bu hər hansı daxili xəstəliyin simptomu ola bilər. Bu
halda sızanaqların müalicəsi effekt verməyəcək və ya müvəqqəti effekt
verəcək. Həkimə müraciət edin və lazım olan müayinələrdən keçin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!