Bu maska ilə dəri sallanmasının qarşısını alın!

Bu maska ilə dəri sallanmasının qarşısını alın!
Saç və Dəri baxımı
10.09.2017 29
Dərinin sallanması yaşlılıq əlamətidir. Bu, dəridəki kollagenin miqdarının azaldığını və elastikliyini itirdiyini göstərir. Günəşdən gələn ultrabənövşəyi şüalar, siqaret, spirtli içkilər, köklük, hamiləlik, səhv pəhriz proqramları, keyfiyyətsiz kosmetik vasitələrdən istifadə dərinin vaxtından tez sallanmasına səbəb olur. Odur ki, olduğunuzdan daha gənc görünmək üçün dəri sallanmasının qarşısını almalısınız.



Avokadolu xiyar maskası

Xiyar yaşlanma əlamətlərini aradan qaldıran ən təsirli vasitələrdən biridir. Odur ki, yaşlanmanı gecikdirən və yaşlılıq əlamətlərini aradan qaldıran kremlərin, losyonların tərkibinə mütləq daxil edilir. Xiyar dərinin nəmliliyini təmin edir və məsamələri daraldır. Avokado isə dərini möhkəmləndirir, nəmləndirir və qidalandırır. Bu meyvə və tərəvəzdən eyni vaxtda istifadə etməklə onların təsirini daha da gücləndirmək mümkündür.



Maskanı hazırlamaq üçün yarım ədəd avokadoya və yarım ədəd xiyara ehtiyacınız var. Avokadonu dilimləyib blenderdən keçirin. Daha sonra xiyarı da əlvə edib püre halına gətirin. Maskanı üzünüzə və boynunuza çəkin. 30 dəqiqə gözlədikdən sonra ilıq su ilə təmizləyin. Maskanı iki həftədən bir çəkin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!