Saçlarınızın rəngini təbii üsullarla açın

Saçlarınızın rəngini təbii üsullarla açın
Saç və Dəri baxımı
10.09.2017 6
Yalnız bir neçə bitkinin köməyi ilə saçlarınızın rəngini hər hansı bir kimyəvi yollardan istifadə etmədən aça biləcəksiniz.
 
Saç rəngini açdırmaq (bu zaman istifadə olunan bir çox kimyəvi maddələrə görə) saç quruluşunu olduqca yoran bir əməliyyatdır. Saç tökülmələrinə, qırılmalara və əgər keyfiyyətsiz baş tutubsa, saçda hissə-hissə qopmalara səbəb olur. Saç keyfiyyətini itirir.
Bu səbəbdən artıq qadınların əksəriyyəti saç rəngini açmaq üçün təbii üsulları seçir. Bu üsullar arasında ən çox bilinən və seçilən çobanyastığı suyu olsa da, nərgiz, darçın və bal da doğru formullarla istənilən nəticələri verir. Siz də saçınızın rənginin təbii üsullarla açılmasını istəyirsinizsə, o zaman məqaləni izləyin.
Sarı saçlar üçün: Çobanyastığı və Nərgiz
2 su stəkanı isti suya qurudulmuş nərgiz, çobanyastığı çiçəklərini 30 dəqiqəlik müddətə dəmlənməyə qoyun. Saçınızı yuduqdan sonra bu losyon ilə isladın. Və dəsmala bükərək gözləyin. Soyuducuda bu suyu saxlayın və hər yumadan sonra tətbiq edin. Saçlarınız daha çox sarı və daha parlaq olacaq.
Hər saç tipi üçün: Darçın və bal
2 qaşıq bal və zeytun yağını qarışdırın. İçinə 1 xörək qaşığı darçın əlavə edin. Saçınıza sürtün, yarım saat gözləyin. Həftədə 2 dəfə edilsə, saçınız iki saç tonuna qədər açılır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!