Saçların keratin düzləşdirilməsi barədə bunları bilirdinizmi?

Saçların keratin düzləşdirilməsi barədə bunları bilirdinizmi?
Saç və Dəri baxımı
10.09.2017 9
Son zamanlar xanımlar arasında saçlara qulluq vasitələrindən biri də keratin düzləşdirmə olaraq təyin edilir. Belə ki, bu üsulla xanımlar uzun-uzadı fen dərdindən xilas olurlar. Məhz bu səbəbdən rahatlıq baxımından da keratin üzərində seçimlərini edirlər. Bəs, görəsən keratin düzləşdirmə nədir? onun faydaları və ziyanları nədən ibarətdir?



Zara xanımın sözlərinə görə saçın əsası da elə keratin elementlərindən ibarət olduğundan bu üsulun nəinki ziyanı, hətta faydası var. Belə ki, keratin ziyanlı deyil. Əksinə saçı qidalandırır, bərpa edir, möhkəmləndirir. Keratinlənən saçın qorunma üsullarına fikir verilmədən boş yerə keratin elətdirmənin bir mənası yoxdur. Belə saçlar qısa müddətdən sonra keyfiyyətini itirəcək.



Salonun və edən ustanın əlinin bacarığından da çox şey asılıdır: "Bizdə keratinin qiyməti saçın uzunluğundan asılı olaraq dəyişir. Keyfiyyətinə zəmanət veririk. Sağlamlığa zərərləri ola bilən ucuz bir sıra vəsaitlərlə edilən keratin yükləməsi əlbəttə, qiymət olaraq da ucuz olacaq. Bu baxımdan saça keratin yükləməsi etdirmədən əvvəl istifadə olunan məhsulların beynəlxalq keyfiyyətinə diqqət yetirmək lazımdır.



Saçların həddən artıq soyuq, yaxud istiyə məruz qalmasından, iqlim dəyişikliklərindən, irsi xəstəliklərdən, mövsüm dəyişikliyindən zamanla saçlarda olan keratinin miqdarı azalır. Bu zaman saçlar cod, tez qırılan, kobud, keçə kimi, baxımsız olur. Keratin yükləməsi isə saçlarda azalan keratinin xarici müdaxilə ilə saçlara geri qaytarılması məqsədi ilə tətbiq edilən saç baxımı texnikasıdır. Keratin ilə bəslənən saçlar daha parlaq, güclü və gur olur. Qırılmalar azalır, möhkəmlənir və müalicəvi təsirə malikdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!