Bədən üçün xeyirli skrab-maskalar

Bədən üçün xeyirli skrab-maskalar
Saç və Dəri baxımı
10.09.2017 14
Bədən üçün xeyirli skrab

1 stəkan balla yarım stəkan iri duzu qatışdırıb, isti yerə qoyun.Daha sonra skrabı isti hamamda bədənə masaj hərəkətləri ilə çəkin.

15-20 dəqiqə saxladıqdan sonra yuyun. Dəriniz uşaq dərisi kimi olacaq.



Quru bədən üçün maska

100 q qaymaq, 100 q kərə yağı, 1 avokado, 1 yumşaq banan və 1 damcı qızılgül yağını mikserlə çalın. Əgər sulu alınarsa, bir az da qaymaq əlavə etmək olar. Alınan qarışığı təmiz, buxara çevrilmiş üz və bədən dərisinə çəkib, 15 dəqiqə gözləyin.Maskanı çəkdikdən sonra dəsmalla bürünmək məsləhətdir.



Qarın üçün xüsusi maska

4 çay qaşığı mayanı bir xörək qaşığı duru balla qatın və qarın nahiyəsinə çəkib quruyana kimi uzanın.Bu maska qarın əzələlərində qan dövranını yaxşılaşdırıb onun möhkəmliyini və tarımlığını təmin edəcək.



Sellülit əleyhinə maska

2 çay qaşığı istənilən gündəlik kremin üzərinə 1 çay qaşığı bal və 5 xörək qaşığı üzüm şirəsi əlavə edib qarışdırın. Alınan qarışığı bədənə çəkib 15 dəqiqə saxlayın.



Nəmləndirici kokteyl

1 stəkan qazsız mineral suyu yarım stəkan südlə qatışdırıb alınan kokteyli masaj hərəkəti ilə bütün bədənə çəkin.Kokteyl bədəni qidalandırır, elastik edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!