Pəhriz saxlayarkən dəri sallanmasının qarşısını necə almalı?

Pəhriz saxlayarkən dəri sallanmasının qarşısını necə almalı?
Saç və Dəri baxımı
10.09.2017 11
Qadınlar istədikləri bədən formasını ancaq pəhriz saxlamaqla əldə edə bilmirlər. Əksinə, qəfildən arıqlayan bədəndə boşalma, əzələlərin sallanması baş verir, dəridə qüsurlar, çapıqlar əmələ gəlir. Nəticədə dünən kök görünən budlar sallanmış dəri parçasına bənzəyir. Pəhrizlər zamanı dəridə müxtəlif qüsurların qalması halları ilə demək olar ki, bütün xanımlar üzləşirlər.



Artıq sirr deyil ki, arıqlamağın ən yaxşı üsulu pəhrizlə yanaşı idmanla məşğul olmaqdır. Çünki idmanla məşğuliyyət orqanizmdə gümrahlıq hissi yaratmaqla yanaşı qol və digər nahiyələrdə ətin sallanması, dəridə çapıqların yaranmasının da qarşısını alır.



İdman məşğələləri adətən hərəkətsiz qalan hissələri işlədib piy qatının əzələylə əvəzlənməsini təmin edir. Bunun üçün ən yaxşı variant idman zalına getməkdir. Lakin buna imkanı olmayanlar evdə də məşq edə bilərlər. Hazırda evdə idman etməyi asanlaşdırmaq üçün məşhur modellərin və idmançınların iştirakı ilə çəkilən onlarla disklər satılır. Diskə baxmaqla idman hərəkətlərini mütəmadi olaraq evinizdə edin və 20 gündən sonra siz ayaqlarınızın necə bərkidiyini hiss edəcəksiniz. Unutmayın ki, birinci dəfədən bütün hərəkətlər təklif ediliyindən iki dəfə az edilməlidir. Əks halda, kəskin ağrılar sizi bir neçə gün incidə bilər. Bütün bu məsələlər disklərin instruksiyasında da qeyd olunur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!