Gözəl saçlar, qidalanmadan başlar

Gözəl saçlar, qidalanmadan başlar
Saç və Dəri baxımı
10.09.2017 25
Kosmetoloq Bağırova Tahirə saçlarla bağlı məsləhətlərini verdi.

 

Gözəl görünüş, parlaq saçlar hər bir qadının istəyidir. Lakin, gücünü itirmiş saçlarla buna nail olmaq mümkün deyil. Gözəl saçlara sahib olmaq üçün saçlara və orqanizmə qulluq kompleks

şəkildə aparılmalıdır. Yediyimiz qidaların, gündəlik həyat tərzinin, hava şəraitinin, stressin, siqaret və alkaqolun saçlara təsiri bildiyimiz kimi çoxdur. Yediyimiz qidaları nəzarət altına aldığımız

zaman saçlarda da bu dəyişiklik hiss olacaqdır. Tökülən və zəif saçlar sizi narahat edirsə, mütləq qidalanma rejimini nəzərdən keçirməlisiniz. Bundan sonra isə qida rasionunuza yenilik edib

saçlarınıza yaxşı təsir edəcək qidalara üstünlük verməlisiniz. Bəzi qidalar saçlara olduqca mənfi təsir göstərir.



Sizə təqdim edəcəyimiz qida növlərini süfrənizə gətirsəniz, sağlam saçlara sahib olmaq sizin üçün çətin olmayacaq:



Balıq - Omega 3-lə zəngin olduğundan saçı qorumağa çox təsirlidir.



Quru meyvələr - tərkibi Sink-lə zəngin olduğundan saç tökülməsinin qarşısını alır.



Yumurta, bal, yer kökü, zeytun(yağı) saçları daxildən qoruyaraq onlara parlaqlıq və gümrahlıq verir.



Tam taxıllı qidalar - B7 vitamini ehtiva edən tam taxıllı qidalar saçların tökülməsinə və ağarmasına qarşı təsirlidir.



Yaşıl tərəvəzlər və göyərtilər lazımı qədər istifadə olunduqda saçların daha sağlam olması gözlə görünür dərəcəyə çatacaqdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!