Qoz qabığı - saçınızın dostu

Qoz qabığı - saçınızın dostu
Saç və Dəri baxımı
10.09.2017 11
Kişilər qədər qadınlar da saç tökülməsi problemindən əziyyət çəkirlər. Bu problemi aradan qaldırmaq üçün qadınlar müxtəlif üsullara əl atır, bahalı dərmanlara pul xərcləyirlər. Təəssüf ki, apteklərdə satılan bahalı dərmanlar hər zaman effektli olmur.Mütəxəssislər etiraf edirlər ki, yaxşı nəticə əldə etmək üçün bitkilər daha faydalıdır. Ona görə də, problemi kökündən həll etmək istəyirsinizsə, təbii vasitələrdən istifadə etməlisiniz.



Saç tökülməsi probleminin qarşısını almaq üçün, adətən, sarımsaq istifadə etməyi məsləhət görürlər. Türkiyəli mütəxəssis professor Əhməd Maranki isə bu məsələdə qoz qabığının sarımsaqdan daha təsirli olduğu qənaətindədir.



Hazırlanması:

20 dənə qozun qabığını (qəhvəyi qabıqları), 1 litr suda 10-15 dəqiqə qaynadın. Əldə edilən suyla hər gün səhər və axşam olmaqla saçlarınızı gündə iki dəfə yuyun. Mütəmadi olaraq tətbiq olunanda saç tökülməsi tamamilə dayanır, saçın dibi bərkiyir.



Bu maskanı ən az üç həftə ara vermədən tətbiq etmək lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!