Qaragiləli göz maskası

Qaragiləli göz maskası
Saç və Dəri baxımı
10.09.2017 8
Qaragilə ən zəngin antioksidant qaynaqlarından biridir. Qaragiləni, adətən, qatıqla birlikdə yeyirlər. Bunun orqanizmi toksinlərdən təmizlədiyi deyilir. Ancaq bu təbii möcüzədən gözəlliyinizin qayğısına qalmaq üçün də istifadə edə bilərsiniz. Çünki qaragilənin tərkibindəki antioksidantlar yaşlanmanın qarşısını alır, dəridəki qırışları azaldır, hüceyrələri bərpa edir.



Tərkibi:

Bir ovuc qaragilə (dondurucuda 30 dəqiqə qalıb soyumalıdır)

2 xörək qaşığı əzvay (aloe-vera) gel

Hazırlanması və tətbiqi:

Çəngəllə qaragilələri əzin. Üzərinə əzvay gelini əlavə edib qarışdırın. Əldə etdiyiniz maskanı adsız barmağınızla göz altına çəkin. 5 dəqiqə saxlayıb sonra maskanı ilıq su ilə təmizləyin.

Kağız salfetlə qurulayıb hər zaman istifadə etdiyiniz göz kreminizi çəkin.

Maskanın tərkibindəki qaragilə gözlərin ətrafındakı tünd halqaları yox edəcək. Gözaltı dərinin daha təravətli görünməsini təmin edəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!