Topuqlardakı çatları yox edən ən təsirli ayaq maskaları

Topuqlardakı çatları yox edən ən təsirli ayaq maskaları
Saç və Dəri baxımı
10.09.2017 17
Ev şəraitində hazırlanan təbii maskalarla ayaqlardakı çatlardan xilas olmaq mümkündür.



Limonlu qliserin maskası

Bir ləyənin içərisinə ilıq su, az miqdarda duz, limon şirəsi, qliserin və gülab tökün. Ayaqlarınızı bu suyun içərisində 15-20 dəqiqə saxlayın. Daha sonra topuqlarınızı daş ilə təmizləyin. 1 çay qaşığı qliserinlə 1 çay qaşığı gülabı qarışdırıb ayaqlarınıza çəkin. Corab geyinin və yatın. Səhər ayaqlarınızı ilıq su ilə yuyun. Bu prosesi 3 gün davam etdirsəniz, topuqlarınız yumşalacaq, çatlar yox olacaq.



Bananlı, avokadolu maska

Dəymiş, bir az qaralmış bananı əzin, üzərinə yarım avokadonu əlavə edib blenderdən keçirin. Qarışığı ayaqlarınıza çəkib 10 dəqiqə gözləyin. Daha sonra ayaqlarınızı ilıq su ilə yuyub yaxşıca qurulayın. Dərini qidalandıran keyfiyyətli ayaq kremi çəkin.



Limonlu vazelin maskası

Yatmazdan əvvəl ayaqlarınızı 15-20 dəqiqə ilıq suda saxlayın. Daha sonra ayaqlarınızı yaxşıca qurulayıb bir çay qaşığı vazelinlə 1  çay qaşığı limon şirəsindən əldə etdiyiniz maskanı çəkin. Masaj edərək maskanın dəriyə hopmasını təmin edin. Corab geyinib yatın. Səhər ayaqlarınızı ilıq su ilə təmizləyin. Çatlar yox olub, topuqlarınız yumşalana qədər maskanı çəkin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!