Həcmli saçlara qovuşduran maska

Həcmli saçlara qovuşduran maska
Saç və Dəri baxımı
10.09.2017 36
Saçlarınız sönük görünür? Onda mütləq avokadodan istifadə etməlisiniz. Çünki avokado saçlara inanılmaz dərəcədə həcm verir. Bu meyvə saçları həm də nəmlə təmin edir və qidalandırır.



Avokadonun tərkibindəki antioksidantlar, eləcə də A, E, D, B6 vitaminləri saçların tökülməsinin qarşısını alır.



Tərkibi:

1/2 yetişmiş avokado

1 ədəd yumurtanın sarısı



Hazırlanması və tətbiqi:

Yumurta sarısını çəngəllə çırpın. Avokadonu blenderdən keçirib püre halına gətirin. Daha sonra yumurta ilə avokadonu qarışdırın. Maskanı çəkməzdən öncə saçlarınızı isladın. Alınmış qarışığı saç diblərindən başlayaraq çəkin. 5 dəqiqə masaj edin. Saçlarınızı soyuq su ilə yuyun. İsti sudan istifadə etməyin.



Avokado qalıqlarını təmizləmək üçün daraqdan istifadə edin. Maska saçınızdan tamamilə təmizləndikdən sonra təbii vasitələrdən hazırlanmış keyfiyyətli şampunla saçınızı yuyun.

Saçınızı fenlə qurutmayın.

Saçlarınızın daim həcmli görünməsi üçün bu maskanı həftədə bir dəfə çəkin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!