Gözəl dəriyə qovuşmaq istəyənlər üçün limon toniki

Gözəl dəriyə qovuşmaq istəyənlər üçün limon toniki
Saç və Dəri baxımı
10.09.2017 3
Sızanaqlardan, qara nöqtələrdən xilas olmaq üçün ən yaxşı vasitə limondur. Tərkibi C vitamini ilə zəngin olan bu sitrus meyvəsi dəri üçün çox xeyirlidir.



Limon həm də antibakterial xüsusiyyət daşıdığından dəridəki mikrobları öldürür. Dəri məsamələrinin kiçilməsi üçün də limondan istifadə etmək olar. Bu meyvədən müxtəlif maskalar hazırlaya bilərsiniz. Ancaq maska problemi müvəqqəti olaraq həll edəcək.



Bu toniki hazırlamaq çox asandır. 1 ədəd limonu sıxıb onun şirəsini 1 stəkan su ilə qarışdırın. Səhər və axşam pambığın köməkliyi ilə bu toniki üzünüzə çəkin. Üzü yumağa ehtiyac yoxdur. Tonikin ardınca dəri tipinizə uyğun kremlərinizi çəkə bilərsiniz.



Limon tonikinin faydaları:

Dərinin daha gənc və təravətli görünməsini təmin edir. Sızanaqları sağaldır, sızanaq izlərini, qara nöqtələri aradan qaldırır. Dərinin yağlılığını tənzimləyir, onu mikroblardan və çirkdən təmizləyir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!