Soğan maskası ilə saçlarını uzat!

Soğan maskası ilə saçlarını uzat!
Saç və Dəri baxımı
10.09.2017 29
Soğan saçın uzanmasına təsir edən təbii vasitələrdən biridir. Soğan şirəsini tək və ya başqa saç uzadan vasitələrlə qarışdırıb saçın dibinə çəkdikdə baş dərisində qan dövranını sürətləndirir. Soğanın tərkibindəki maddələr saçın böyüməsini təmin edən kollagenlərin çoxalmasına səbəb olur. Soğan şirəsi ilə qidalanan saçlar güclənir, asanlıqla qopub tökülmür.



Ballı soğan maskası

Yarım stəkan soğan şirəsi ilə 1 xörək qaşığı balı qarışdırıb saç diblərinə çəkin. Bir az masaj edin. 15 dəqiqə gözləyib saçınızı ilıq su ilə yuyun. Bu maskanı hər gün çəkmək olar.



Saçlarınızı soğan suyu ilə durulayın

4-5 soğanı doğrayıb 1 litr suda 10 dəqiqə qaynadın. Soyuduqdan sonra süzün. Saçlarınızı yuyub həmin su ilə durulayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!