Saçları sürətlə uzadan balqabaq maskası

Saçları sürətlə uzadan balqabaq maskası
Saç və Dəri baxımı
10.09.2017 19
Xanımların çoxu saçlarının gec uzanmasından şikayətçidir.



Balqabaq A, C vitamini və kalium baxımından zəngindir. A vitamini baş dərisi üçün mükəmməl antioksidantdır. C vitamini saçın sağlamlığını və uzanmasını təmin edir. Kalium isə saçı qidalandırır.



Balqabaq maskası bütün saç tipləri üçün istifadə edilə bilər.



Ərzaqlar:

4 xörək qaşığı suda pörtmüş balqabaq püresi

2 yemək qaşığı qatı hindqozu yağı

2 yemək qaşığı bal

Qeyd:  Həmin ərzaqlar saçları uzun və gur olanlar üçün nəzərdə tutulub. Seyrək saçlılar isə bu reseptin yarısını istifadə etməlidirlər.



Hazırlanması:

Balqabağın tumlarını çıxarıb xırda-xırda doğrayın, mikrodalğalı sobada, yaxud suda qaynadıb pörtün.

Əldə edilmiş 4 yemək qaşığı balqabaq püresinə 2 xörək qaşığı qatı hindqozu yağı və 2 xörək qaşığı bal əlavə edib yaxşıca qarışdırın.

Maskanı saç diblərinə və saçlara sürtüb 15 dəqiqə gözləyin. İlıq su ilə yaxalayın. Bunu həftədə 2 dəfə etməlisiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!