Kartof örtüklü toyuq filesi resepti - FOTO RESEPT

Kartof örtüklü toyuq filesi resepti - FOTO RESEPT
Saç və Dəri baxımı
10.09.2017 7
Tərkibi:

1kq toyuq filesi

5 ədəd kartof

150qr bərk pendir

3 diş sarımsaq

2 xğrək qaşığı kərə yağı

1 ədəd yumurta

50 qr nişasta

bir dəstə şüyüd

unduz və istiot  



Hazırlanması:

Pendiri sürtgəcdən keçirdirik, sarımsaqları əzirik, şüyüdü xırda-xırda doğrayırıq və bütün bunları kərə yağı ilə birgə qarışdırırıq. Hazırladığımız bu qarışıqdan çox da böyük olmayan kotletlər düzəldirik (4ədəd) və soyuducuya qoyuruq.



Yuyulmuş toyuq filesini qida plyonkasının üzərinə qoyub döyürük.



Çiy kartofu soyaraq yuyub tyorkadan keçirdirik və suyunu çəkməsini gözləyirik. Sonra üzərinə yumurta, nişasta, duz və istiot vuraraq yaxşıca qarışdırırıq.



Döyülmüş toyuq filesini duzlayıb istiot vururq. Üzərinə soyuducudan çıxartdığımız pendirli qarışığı qoyub rulet şəklində bükürük. Alınmış ruleti una batırıb hazırladığımız kartof qarışığına bükürük. Sonra vam odda bitki yağında qızrdırıq. Əgər istəsəniz zövqə görə sobada da bişirə bilərsinz.




 

 

 

 

 

 

 


Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!