Təbii üsullarla üz dərinizi ağardın

Təbii üsullarla üz dərinizi ağardın
Saç və Dəri baxımı
10.09.2017 1
Bir çox qadın bronzlaşmaq və daha tünd dəriyə sahib olmaq istəsə də digər qisim təbii ağarma üsulları ilə maraqlanır. Dərini ağartmaq həm dərinizin daha yeni görünməsini təmin edir. Eyni zamanda qırışıqların azalmasına və daha az görünməsinə kömək etmiş olur.



Əgər siz də bəzən istifadə etmək istədiyiniz təsirli bir təbii dəri bəyazlaşdırma maskası axtarırsınızsa, onda doğru ünvandasınız. Sizlərə həm çox asanlıqla hazırlaya biləcəyiniz, həm də həftədə bir dəfə evdə istifadə edə biləcəyiniz bir dəri ağardıcı maska təqdim edirik. Necə istifadə edəcəyinizi addım-addım izah edəcəyimiz üçün istifadə zamanı çətinlik çəkməyəcəksiniz. Ən etibarlı və sizə zərər verməyən ağartma resepti belədir:



Lazım olan ərzaqlar:

- Düyü unu

- Bir stəkan süd

- Bir fırça



Hazırlanması:

Düyü unu adətən artıq kiçik paketlər halında marketlərdə satılır. Bir kiçik paket bir maska üçün yetərli olacaqdır. Yəni təqribi 50 qram qədər düyü unu bəs edər. Unu geniş bir qaba tökdükdən sonra üzərinə ilıq südü yavaş-yavaş tökün. Qarışımın qatılığı isə tam olaraq bir nəmləndirici krem kimi olmalıdır.



Maskanı yaxşıca qarışdırdıqdan sonra bir fırçanın köməyi ilə göz çevrəniz xaric hər hissəyə diqqətli şəkildə çəkin. Bunu adətən gecələr yatmadan öncə edə bilərsiniz. Kremi çəkdikdən sonra yarım saat bu şəkildə saxlayın. Qarışımı üzünüzə çox qalın çəkməyin. Çünki üzünüzdən aşağıya doğru axaraq ətrafı batıra bilər. Qatılığının tam yerində olması və yaxşıca hopduraraq çəkilməsi bu problemin qarşısını alacaqdır. Maskanı saxladıqdan sonra sadəcə ilıq su ilə yumağınız yetərli olacaqdır. Əsla üstündən yenidən kimyəvi bir sabun istifadə etməyin.



Bu ağarma maskasını kişilər də asanlıqla istifadə edə bilər. Hətta evdə bütün ailə üzvləri də istifadə edə bilər. Daha çox ağ dərili olmaq istəyənlərə xitab edən bu maska əslində qırışıqlıqların qarşısını alan, həm də əlavə nəmləndirici effektə də malik olan bir maskadır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!