Yağlı dəriyə qulluq

Yağlı dəriyə qulluq
Saç və Dəri baxımı
10.09.2017 38
Digər dəri tiplərinə görə yağlı dəri tipinin qulluğu daha önəmlidir. Bunun ən önəmli səbəbi yağın dəri səthindəki məsamələri çox tez örtməsi və bununla əlaqəli olaraq daha çox sızanaq yaranmasına səbəb olmasıdır. Yəni yağlı dəriniz varsa sızanaqlara qarşı 1-0 geridəsiniz deməkdir. Bu səbəblə mütləq davamlı olaraq dəriyə qulluq etməyiniz vacibdir. Əks halda üzünüzün sızanaqlar tərəfindən örtülməsi qaçınılmaz bir hala çevrilə bilər. Yenə də dəriyə qulluq etməsəniz dəriniz elastikliyini daha tez itirəcək və erkən yaşlanma əlamətləri ortaya çıxacaqdır. Həm gənc həm də gözəl görünmək istəyirsinizsə dəriyə qulluq etməyiniz vacibdir.



Bəs dəriyə qulluq necə olunmalıdır?

Dəriyə qulluq edərkən diqqət etməli olduğunuz ilk qayda dəri tipinizə uyğun olan vasitələrdən istifadə etməkdir. Dünyanın ən bahalı kosmetik vasitəsini belə istifadə etsəniz səhv dəri tipi üçün olan kosmetikanı alırsınızsa bu məhsuldan fayda əldə etməyiniz mümkün deyil. Bu səbəblə ilk olaraq bir gözəllik mərkəzində dəri testi etdirmək və dəri tipinizi müəyyən etməyiniz lazım gələ bilər. Yağlı dəriyə qulluqda ən önəmli məqam yağ tarazlığını qoruyaraq gündəlik qulluğun edilməsidir. Bunun üçün ilk etməli olduğunuz şey dəri tipinizə uyğun bir antiseptik sabunla üzünüzü sabah və axşam davamlı şəkildə yumaq, həftədə iki dəfə dəriyə qulluq etmək, gündəlik nəmləndirici istifadəsinə diqqət göstərmək lazımdır.



Həmçinin həftədə bir dəfə peeling edərək dərinizi ölü hüceyrələrdən təmizləmək də vacibdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!