Sızanaqların yaranma səbəbləri və onlardan qurtulmağın yolları

Sızanaqların yaranma səbəbləri və onlardan qurtulmağın yolları
Saç və Dəri baxımı
10.09.2017 11
Dəri problemlərindən ən böyüyü yeniyetməlik dövründə, ya da stresli bir periodun ardınca üzümüzdə çıxan sızanaq və onların buraxdığı izlərdir. Sızanaqlar və izləri ilə bağlı bəsit və zamana ehtiyac olan həll yollarından tutmuş cərrahi üsullara qədər çox geniş seçimlər vardır. Bunlardan hansının seçiləcəyi təbii ki, problem sahibindən asılıdır. Amma seçimi edərkən düşmənini yaxşı tanımaq vacibdir.



Bəs sızanaqlar necə yaranır?

Dərimiz xarici dəri təbəqəsini qidalandırmaq və bəlli dərəcədə nəmli saxlamaq üçün dərialtı vəzilərin köməyi ilə davamlı olaraq ifrazetmə prosesi aparır. Bu ifrazat xarici dəriyə çıxan kanallar vasitəsilə gerçəkləşdirilir. Hər hansı bir səbəblə bu kanallar bağlana və ifrazat toplana bilər. Beləcə bir müddət sonra bu toplanmanın olduğu yerdə infeksiya yaranar. Mikroorqanizmlərin artımı ilə kanallarda gedərək təzyiq artır və şişmə baş verir. Bu şişliklər qabarıq, qızarıq bir formada görünür və bu yaranmış təpəciklər sızanaq adlanır.



Dəri ləkələri nədir?

Dəri ləkələri - sızanaq izləri, çil, qara nöqtələr və xal kimi formalarda ola bilməkdədir. Bu izlərdən biri olan xal dəri piqmentlərinin toplanması nəticəsində yaranır. Sızanaq və ləkələr üçün isə çox müxtəlif üsullar mövcuddur. Bunların bir qismi kimyəvi tərkibli dermotoloji üsullardır. Ancaq bu cür məhsulların riskli olması baxımından təbii üsullar daha məsləhətlidir.



Limon və soda ilə təbii 'peeling'

Sızanaq izlərinin olduğu hissəyə limon, ya da soda çəkib bir saat gözlədikdən sonra ilıq su ilə durulayın. Bunu hər gün təkrarlamalısınız. Dərisi quru olanlar limonu istifadə etdikdə dəriləri daha da qurulaşacağı üçün sodadan istifadə etmələri daha məqsədə uyğundur.



Meyvələr və zeytun yağı

Zeytun yağı ilə ləkələrin olduğu bölgələri ovun. Ləkə əgər yenidirsə, o zaman bu, daha təsirli olacaqdır. Portağal, avodako, limon qarışığından meyvə şirəsi hazırlayaraq sızanaqlarınızın olduğu bölgəyə çəkin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!