Saçların gözəlliyi üçün çörək maskası

Saçların gözəlliyi üçün çörək maskası
Saç və Dəri baxımı
10.09.2017 11
Çörək B qrupu vitaminlərlə olduqca zəngindir.

B qrupu vitaminləri saçlar üçün çox xeyirlidir - saçların strukturunu yaxşılaşdırır, saçların tökülməsini və saçların yağlılığını azaldır, baş dərisinə müsbət təsir edir.

Saçlarınızı daha möhkəm və gözəl etmək istəyirsinizsə, çörək maskalarından istifadə edin.

Quru qara çörəyi (1/2 çörək götürülür) axşamdan qaynar suda isladın (su çörəyin üstünə çıxana kimi götürülür). Səhər çörəyi blenderdə əzin və alınmış kütləni saçlarınıza çəkib əvvəl polietilen plyonka, sonra isə dəsmalla bağlayın. 1 saatdan sonra başınızı yuyun.

Saçlarınız yağlıdırsa maskaya 1/2 limonun şirəsini, saçlarını qurudursa, 1 xörək qaşığı gənəgərçək yağı əlavə edin.

Belə maskaları tez-tez edə bilərsiniz. Bir müddətdən sonra saçlarınızın vəziyyəti xeyli yaxşılaşacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!