Çiyələklə saç uzatma üsulu

Çiyələklə saç uzatma üsulu
Saç və Dəri baxımı
10.09.2017 11
Vəsaitlər

* Çiyələk

* Qatıq

* Zeytunyağı

* Yumurta



Faydası

* Çiyələk saçınızı nəmləndirir, parlaqlıq qazandırar, saç qabarması ilə mübarizə edib, məzmunundakı vitaminlərlə saçınızın sürətli uzanmasına köməkçi olur.

* Qatıq saçı yumşaldır, kəpək müalicəsində təsirlidir.

* Zeytunyağı, bilinən ən faydalı təbii saç baxım məhsullarındandır, saçdakı qırıqları düzəldir, saçların uzanmasında böyük rol oynayır.

* Yumurta, zülal anbarıdır, saçlarınızı yumşaq, ipək və canlı hala gətirir.



Hazırlanması və tətbiqi

3-4 yemək qaşığı qatığı bir kasaya qoyun (saçınızın uzunluğuna və gurluğuna görə bu miqdar arta bilər də azala bilər də)

İçinə çiyələkləri qatın, 4-5 ədəd çiyələk əlavə edə bilərsiniz.

Bütün vəsaiti blenderdan keçirib, maskanı maye hamar bir konsistensiya alana qədər blenderla çırpmağa davam edin.

Ardından içinə 1 ədəd yumurtanı da qırın

Son olaraq maskanıza zeytunyağını da töküb, gözəlcə qarışdırın.

Saçınıza saç diblərinizə maskanı sürüb, 5 dəqiqə masaj edərək baş dərinizə yedirin.

Maskanızın hamar bir konsistensiyada olması əhəmiyyətlidir yoxsa saçınızda çiyələk qalıqları qalır və bunları təmizləməklə məşğul olarsınız.

Yarım saat gözləyib soyuq su ilə saçınızı durulayın.

5 dəqiqə sonra şampunlayıb, suyla maskanı saçdan təmizlənin.

Təbii saç maskasını həftədə 1 davam etməlisiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!