Sızanaqların yaranma səbəbləri

Sızanaqların yaranma səbəbləri
Saç və Dəri baxımı
10.09.2017 9
Sızanaqlar hər insanda müəyyən dövrlərdə meydana gəlir. Ümumilikdə sızanaq dəridə yağ toplanması nəticəsində yaranan problemdir. Bu problem adətən yeniyetməlik dövründə yaransa da hər yaşdan insanda ortaya çıxması mümkündür. Bədənin yağ nisbətini artıran və yağ vəzilərinin düzgün işləməsini əngəlləyən bir çox proseslər sızanaqların yaranmasına səbəb olmaqdadır.



Sızanaqların əsas yaranma səbəbləri:

- Ailədə genetik sızanaq problem müşahidə olunursa, müəyyn bir dövrdə sızanaq problem yaşama ehtimalınız vardır.

- Sızanaqların ən təməl səbəbi stresdir. Stress zamanı bədən sebum adlandırılan bir maye ifraz edir. Bu da məsamələrin qapanmasına və sızanaqların yaranmasına səbəb olur.

- Tərləmə və duş qəbul etməmə nəticəsində də məsamələr qapana bilər. Bunun nəticəsində isə yağ vəziləri və sızanaqlar yaranır.

- Bəzi kosmetik vasitələr sızanaqların çoxalmasına və yağ vəzilərinin yaranmasına şərait yaradır. Bu səbəbdən də keyfiyyətli və etibarlı kosmetik məhsullar istifadə olunmalıdır.

- Sızanaqları qaşımaq və ya sızmaq onların yayılmasına və artmasına səbəb ola bilər.

- Hormonal dəyişikliklərə bağlı olaraq da sızanaqlar artım göstərə bilər.



Sızanaqların artım göstərməsinə səbəb olan amillər:

Sızanaqların təməl səbəblərini öyrəndik. Ancaq bir də sızanaqların yaranmasına səbəb olmayan, ancaq yaranmış sızanaqların genişləməsinə və artmasına təsir göstərən bəzi səbəblər vardır. Bunlar:



- Xalq arasında adətən kartof qızartması, cips, günəbaxan tumu kimi qida vasitələrinin sızanaq yaratdığı düşünülür. Ancaq bunların sızanağa səbəb olmadığı mütəxəssislər tərəfindən sübut olunmuşdur. Hər nə qədər bu cür qidalar sızanağa səbəb olmasalar da bədəndəki yağ faizini artırdığı üçün sızanaqların genişləməsinə şərait yaradırlar. Bu səbəbdən də sızanaqlarınız varsa bu qidalardan uzaq durmalısınız.

- Psixologiya ilə sızanaq problemi birbaşa əlaqəli deyildir. Sadəcə psixologiyanın pozulması bədəndəki yağ dərəcəsinin dəyişməsinə səbəb olur. Bu da öz növbəsində sızanaqların artım göstərməsinə səbəb ola bilər. Yəni psixologiya da sızanaqların yaranmasına deyil, artmasına səbəb olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!