Ucuz dəri maskaları

Ucuz dəri maskaları
Saç və Dəri baxımı
10.09.2017 8
Gözəl və baxımlı bir dəriyə sahib olmaq üçün sərvət ödəməniz lazım deyil. Evinizdə hazırlayacağınız sadə və ucuz başa gələn gözəllik maskalarıyla da qüsursuz görünüşə sahib ola bilərsiniz.



QURU DƏRİ

Bal və Yumurta Maskası



Tərkibi


1 çay qaşığı nəmləndirici krem

1 yumurta

1 yemək qaşığı badam yağı

1 yemək qaşığı bal

Hazırlanması

1. Yumurtanın ağı və sarısını ayırın. Yumurtanın sarısına damlalar halında badam yağını əlavə edərək qarışdırın.

2. Ardından yavaşca nəmləndirici kremi və balı əlavə edin.

3. Yumurta ağını da ayrı bir qabda yüngülcə çırpın və yumurta sarısını qarşıma əlavə edib bütününü sürtülə biləcək hala gələnə qədər çırpın.



İstifadəsi

Qarışığı, genişcə bir fırça və ya pambıqla üz və boyun bölgəsinə yaydıqdan sonra ən az yarım saat gözləyin və dərinizi ilıq su ilə yuyun. Dərinizin nəmləndiyini hiss edəcəksiniz!



QARIŞIQ DƏRİ

Badam Maskası

Tərkibi


50 qr soyulmuş badam

10 qr çovdar unu

10 qr portağal aroması

Bir qədər  süd

Hazırlanması

1. Badamları yaxşıca döydükdən sonra ilıq su əlavə edərək qarışığın qaşıqdan ayrılması çətin olana qədər yoğurun.

2. Bu qarışığa çovdar unu və portağal aromasını əlavə edin və yarım saat gözləyin.

3. Daha sonra maskaya südü əlavə edin və məcun halına gələnə qədər yaxşıca qarışdırın.

İstifadəsi

Maskanı üzünüzə sürtüb yumşaq hərəkətlərlə masaj edin və 30 dəqiqə üzünüzdə saxlayın. Ardından üzünü bol ilıq su ilə yuyun. Dərinizin hamarlığına inana bilməyəcəksiniz!



YAĞLI DƏRİ

Xiyar Maskası

Tərkibi


2 çay qaşığı alma sirkəsi

2 çay qaşığı qaşığı kuncut yağı

1 yumurta sarısı

2 ədəd xiyar Hazırlanması

1. Soyulmuş xiyardan kəsilən 5 qalın hissəni mikserlə püre halına gətirin.

2. Alma sirkəsi, kuncut yağı və yumurta sarısını yaxşıca çırpın.

İstifadəsi

Qarışığı, üz, boyun və sinə bölgənizə tətbiq edərək 45 dəqiqə gözləyin və sonra ilıq su ilə təmizləyin. Dərinizin yağdan təmizləndiyini hiss edəcəksiniz!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!