Xarakteri ələ verən saçlar

Xarakteri ələ verən saçlar
Saç və Dəri baxımı
10.09.2017 18
Barmaqları saçlarda gəzdirmək – ara-sıra əllərini saçlarınızda gəzdirirsinizsə, bununla rahatlamaq istəyə bilərsiniz. Mütəxssislərin fikrinə görə, bədən dilində bu hərəkət müsbət reaksiyalar ifadə edir. Bəzən qarşı tərəfi tanışlığa dəvət etmə istəyinizi belə ifadə edə bilər.



Saçları ağıza aparmaq – mütəxəssislərə görə, bu hərəkət nədənsə qaçış, bəzən isə uşaqlığa qayıtmaq istəyini ifadə edir. Xüsusilə bunu, güvənsiz və gərgin insanlar edir. Eyni zamanda bunu müəyyən təzyiq altında olan insanlar sakitləşmək üçün də edirlər. Xoş bir görüntü deyil.



Saçları barmağına dolayıb çevirmək – bunun iki izah var: ya işvəli, nazlı bir xanısınız, ətrafa gülüşlər saçırsınız, ya da ki, hər şeyin öz idarəetməsi altında olasını istəyən, liderlik xüsusiyyətinə malik qadınlardansınız.



Saçlarını qoparmaq – Mütəxəssislərə görə, bu hərəkət gərgin zamanlarda sakitləşdirici təsir bağışlayır. Eyni zamanda mükəmməliyyətçi bir xarakteriniz varsa, bu hərəkət sizdə müşahidə oluna bilər.



Hörükləri dartmaq – Saçlarını hörən insanların digərlərinə nisbətən səbrli olduqları məlumdur. Eyni zamanda onlar məsuliyyətli olurlar.



 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!