Dəbdə olan fransızsayağı saç düzümləri

Dəbdə olan fransızsayağı saç düzümləri
Saç və Dəri baxımı
10.09.2017 67
Ötən əsrdə, xüsusilə, fransız filmlərində saçları bir istiqamətdə spiral kimi fırladaraq arxada maşa ilə bərkitmək dəbdə idi. Bu saç düzümünə "babetta” deyilirdi. Həmin saç düzümü dəbin təsiri ilə az qala dəb tarixinin qaranlıq səhifələrinə düşəcəkdi ki, dizaynerlər onu yenidən xatırlatmaq qərarına gəliblər.



Bu klassik sadə saç düzümü həm gündəlik, həm də axşam dəvətləri üçün idealdır.



stilist Pol Xenlon hesab edir ki, kifayət qədər təbii görünməsi üçün saçları arxada topladıqda onun hündürlüyünü nəzərə almaq vacibdir. Düzgün təyin olunmamış həcm və hündürlüyün düzgün təyin edilməməsi xanımın üz cizgilərini dəyişdirir. Belə ki, hündürdə toplanan saç burnu vizual olaraq uzadıb profili kobud göstərir. Çox aşağıda toplananda isə çənənin uzunluğunu vurğulayır. İdeal hündürlüyü tapmaq üçün eksperiment aparmaq, nəticəni ön və yan güzgülərin köməyi ilə qiymətləndirmək lazımdır.



Babetta saç düzümü orta uzunluqda saçlarda daha effektli alınır. Uzun saçlarda sanballı görünsə də, bir  yerdə toplandığı üçün başı ağırlaşdırır. Lakin bu, o demək deyil ki, uzun saçlı qızlar bu modeldən imtina etməlidir. Sadəcə, müxtəlif gözəllik hiylələrindən istifadə etmək lazımdır.



Stilist geyim və saç stilləri arasında balansı saxlamağı da tövsiyə edib. Məsələn, səliqəli və hamar babetta sadə və ciddi kostyumla yaxşı uzlaşır. Kokteyl və ziyafət libaslarında isə saç düzümünün dağınıq və daha həcmli olmasına yol verilə bilər.




 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!