Sağlam saçlar üçün məsləhətlər

Sağlam saçlar üçün məsləhətlər
Saç və Dəri baxımı
10.09.2017 22
Əziz qadınlar, saçlarınız üçün faydalı məsləhətləri bu yazımızda qeyd etdik!



Saç üçün ən əsas və vacib şərt onun həmişə təmiz olmasıdır. Çoxları fikirləşir ki, saçı tez-tez yumaq olmaz, bu, zərərlidir. Lakin bu, tamamilə yanlış fikirdir. Saçın çirkli, yağlı, olması çox ziyanlıdır. Başınızı yuyarkən əvvəlcə saçınızı daraq ilə yaxşıca darayın, ilıq su ilə isladıb astaca şampun tökün, elə edin ki, şampun bir yerə yox, hər tərəfə yayılsın. Saçınızı yuyarkən şampunu yalnız bir dəfə istifadə edin. Sonra barmaqlarınızın ucu ilə başınızı yaxşıca masaj edib təmiz yuyun. Lakin nəzərə alın ki, yaş saçlar asanlıqla sınıb tökülür. Odur ki, başınızı yaxşıca qurutduqdan sonra daraqla asta-asta darayın. Saçları hər gün fenlə qurutmaq da məsləhət görülmür.



Saç tökülməsi əleyhinə vasitələr

1. 20 qr at pıtrağı kökü ilə 10 qr gülümbahar çiçəyini 1 l suda dəmləmək, alınan məhlulla həftədə iki dəfə saçı yumaq lazımdır.



2. 1 xörək qaşığı qurudulmuş gicitkən yarpağını 1 stəkan qaynar suda dəmləyib süzmək, saçı yuduqdan sonra bu məhlul ilə islatmaq və saçın dərisinə yüngülcə sürtmək lazımdır.



3. Lavanda dəmləməsi də saçı uzadır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!