Dərinizin növünü bilirsinizmi?

Dərinizin növünü bilirsinizmi?
Saç və Dəri baxımı
10.09.2017 21
Əziz xanımlar, siz dərinizin növünü bilirsinizmi? Dəri növünüzü bilmək ona düzgün qulluq etməyinizə də kömək edəcəkdir.



Dəri normal, quru, yağlı və qarışıq ola bilər. Normal dəri əsasən gənclərin dərisidir. Belə dəri açıq çəhrayı rəngdə olub, sağlam görüntülü, işıqlı, sızanaqsız olur.



Quru dəri: İnsan dərisinin 70% -ni su təşkil edir və yaşa dolduqca (qadınlarda 30, kişilərdə 35 yaşlardan) dərinin suyu azalır. Beləcə dəri qurumağa başlayır və qırışlar əmələ gəlir. Dəri öz gənclik təravətini itirir.



Yağlı dəri: Yağlı dəri portağala bənzəyir. Yəni onun məsamələri görünür. Dəri parıltılı və yağlı olur.



Qarışıq dəri: Qarışıq dəri dedikdə alın, burun ətrafı və çənənin yağlı, qalan hissələrin isə quru olduğu dəri tipi nəzərdə tutulur.



Dəri insan həyatında vacib rol oynayır. Daxili orqanları xarici təsirdən və zədələrdən qoruyur, bədən temperaturunu nizama salır, piy ifraz edir, orqanizmdə artıq olan maddələri tər vasitəsi ilə xaric edir, orqanizmi yoluxucu xəstəliklərdən qoruyur. Bədəndə gedən hər bir dəyişikliyi beynimizə çatdırır. Bunun üçün də dərimizin hansı növ dəri olmasını bilməli və dəridə gedən prosesləri, dəyişiklikləri ciddi qəbul etməliyik.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!