Bunları etməklə üz dərinizə ziyan vurursunuz

Bunları etməklə üz dərinizə ziyan vurursunuz
Saç və Dəri baxımı
10.09.2017 25
Günəşdən qoruyucu krem istifadə etməmək

Üz dəriniz üçün edə biləcəyiniz ən böyük zərərlərdən biri günəşdən qoruyucu krem istifadə etməməkdir. Günəş şüaları cildinizə ciddi zərər vurur. Bundan qorunmaq üçün mütləq günəşdən qoruyucu krem istifadə edin.



Sızanaqları sıxmaq

Təəssüf ki, yeniyetməlik dövrü keçəndən illər sonra belə üzdə sızanaq olmasına səbəb ola biləcək bir çox ünsür var. Əgər sızanaqlarınızı sıxırsınızsa, onun yayılmasına və cildinizin zərər görməsinə yol açırsınız deməkdir. Sızanaqları qətiyyən sıxmayın!



Ağır makiyaj

Çox ağır makiyaj edirsinizsə, cildinizin nəfəs almasını əngəlləyirsiniz deməkdir. Müəyyən zaman aralıqlarında edilən ağır makiyajlar da yaxşıca təmizlənməli və cildin nəfəs almasına şərait yaradılmalıdır.



Nəmləndirici kremin düzgün seçilməməsi

Düzgün nəmləndirici dərinizdə möcüzələr yarada bilər. Səhv nəmləndirici isə dərinizə zərər verə bilər. Buna görə də dərinizə uyğun nəmləndirici seçməyə çalışın.



Su içməmək

Dərinizə edəcəyiniz ən böyük səhvlərdən biri də su içməməkdir. Gündə 6-8 bardaq su için. Bu, sadəcə dəriniz deyil, bütün bədəniniz üçün lazımlıdır.



Makiyajla yatmaq

Makiyajı silmədən yatmaq dərinizə ən çox zərər verən şeylərdən biridir. Bunu heç vaxt etməməlisiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!