Çobanyastığı ilə dəri səpkilərini müalicə edin

Çobanyastığı ilə dəri səpkilərini müalicə edin
Saç və Dəri baxımı
10.09.2017 8
Çobanyastığı ən çox sevdiyim bitkilərdən biridir. Həm forması, həm rəngi, həm də sağaldıcı təsirinə görə əvəzedilməzdir.

Çobanyastığın özəl xüsusiyyətlərindən biri də mənə rayonumuzu xatırlatmasıdır. Zaqatalada həyətimiz çobanyastığı gülləri ilə dolu olurdu. Tez-tez evimizin yaxınlığında olan çayın kənarında çobanyastığı yığan insanları görürdük. O vaxtlar bu ağ-sarı gözəl güllərin gücünü bilmirdim. Sonradan səhhətimdə bir müddət problem olmuşdu. Elə o zaman çobanyastığının gücünü bir daha gördüm. Təcili yardım, ağrıkəsici iynə və dərmanların sakitləşdirə bilmədiyi ağrını sadəcə 2 stəkan çobanyastığı dəmləməsi kəsmişdi.

Çobanyastığı çayının faydaları saymaqla bitməz.

– İmmuniteti qaldırır;

– Soyuqdəymə, qripp xəstəliyi zamanı çox effektivdir;

– Virus xəstəliklərin və infeksiyaların qarşısını alır;

– Güclü antibakterial təsiri var;

– Ağrıkəsici təsiri var;

– Köpü aradan qaldırır;

– Mədə spazmları əleyhinə yaxşı vasitədir;

– Sakitləşdirici təsiri var;

– Böyrək və öd kisəsində daş yaranma prosesinin qarşısını alır.

Dəri səpgilərindən əziyyət çəkirsinizsə, həm daxilə, həm də islatma edərək problemli zonalarda istifadə edə bilərsiniz. Çobanyastığı çayı melissa, pişikotu, nanə bitkisi ilə dəmlənsə, daha dadlı və faydalı olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!