Üzdəki qara nöqtələrin müalicəsində limon suyu və qatıq istifadəsi

Üzdəki qara nöqtələrin müalicəsində limon suyu və qatıq istifadəsi
Saç və Dəri baxımı
10.09.2017 12
Dermatoloqlara görə çox məsaməli və yaxşı təmizlənməmiş dəriləri qara nöqtələr üçün qaçınılmaz bir problem olaraq qəbul etmək olar. Həmçinin mütəxəssislər bu qara nöqtələrin yaranmasının qarşısının alına biləcəyinin mümkün olduğunu da bildirməkdədir. Dərialtı vəzilərin ifraz etdiyi yağ və müxtəlif maddələr dərinin xarici təbəqəsinin qidalanması üçün faydalıdır. Dəridə olan məsamələr isə bu ifrazat üçün kanal təşkil etdiyindən dərinin allergiya və ətraf mühitin kirliliyindən qorunmasına və qidalanmasına köməkçi olurlar. Bədəndə olan bu məsamələr insan sağlamlığı üçün olduqca önəmlidir. Əgər bu məsamələr olmasa idi, bədənimizdə olan yağlar dərinin altında qalar və kistlərin yaranmasına səbəb olardı. Bu da infeksiyaların yaranmasına gətirib çıxara bilərdi. Ancaq çox məsaməli dərilərdə bədən və üz dərisinin təmizliyinə diqqət edilmədikdə qara nöqtələr əmələ gələ bilər. Davamlı qulluq və görünüş baxımından bu qara nöqtələrin tez-tez təmizlənməsi vacibdir. Qara nöqtələrin aradan qaldırılması və təmizlənməsində təbii üsullar istifadə etmək lazımdır. Çünki həkimlərin məsləhəti olmadan istifadə ediləcək dərman və kosmetik vasitələr bədən sağlamlığı baxımından zərərli ola bilər. Qara nöqtələrin təmizlənməsində və yaranmış pis görünüşün aradan qaldırılmasında ən təsirli və asan üsul limon suyu ilə qatıq qarışığının üzə və dəriyə çəkilməsidir. 1 kasa qatıq və bir qədər limon suyu ilə olduqca gözəl və qara nöqtələrdən təmizlənmiş bir dəriyə sahib ola biləcək, həmçinin pis görünüşə səbəb olan sızanaq və potensial ləkələrdən qurtulacaqsınız. Bu qarışığı hazırlamaq isə həm asan həm də ucuzdur.



Hazırlanma və istifadəsi:

Bir kasa qatıq və bir qədər limonun suyu ilə maska hazırlanır. Gözlərə təmas etməyəcək şəkildə üzünüzə çəkilir. 15 dəqiqə gözlədikdən sonra üzünüzdə qurumuş bu maskanı suyun köməyi ilə təmizləyin. Bunun sayəsində asanlıqla qara nöqtələrdəm qurtulmuş olacaqsınız. Bu maskanın tərkibində olan limon suyu dərini dezinfesiya edir, qurudur və qara nöqtələrin itməsinə yardım edir. Qatıq isə dərini qidalandıraraq nəmləndirir və yağ miqdarını nizama salır. Bu maskanı həftədə bir dəfə istifadə edərək təbii və zərərsiz bir şəkildə təmiz bir dəriyə, baxımlı və sağlam bir üzə sahib ola bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!