Erkən yaşda saçların ağarmasının səbəbi nədir?

Erkən yaşda saçların ağarmasının səbəbi nədir?
Saç və Dəri baxımı
10.09.2017 30
Saçlarınız erkən yaşda ağarmağa başladı? Bunun səbəbləri və ağarmanın necə önünə keçiləcəyini sizin üçün yazdıq.
Biz qadınlar üçün saçlarımızın
ağarması ağlımızda təhlükə siqnallarının çalmasına səbəb olur. Xüsusilə
də erkən yaşlarda saçlarımız ağarmağa başladısa. Çünki saçın ağarması
yaşlanmanın əlaməti olaraq qəbul olunur.

Adətən 35 yaşdan sonra görünən saç
bəyazlaması bəzən 20 yaşlarında da ortaya çıxa bilər. Saç ağarması
piqment yaradan hüceyrələrin artıq saça rəng verməməsindən qaynaqlanır.
Bunun səbəbi isə genetikdir. Bəzən də bədən müqavimətinin zəiflədiyi
hallarda saç ağarması müşahidə edilə bilər. Üçüncü faktor isə irqdir.
Araşdırmalar göstərir ki, ağ irqdə Afrikalılar və Asiyalılara nəzərən
saç ağarması daha erkən yaşda baş verir.

Bəs xüsusilə erkən yaşdakı saç
ağarmasının qarşısını almaq üçün nə etmək olar? Xüsusilə stresdən uzaq
bir həyat sürmək lazım gəlir. Stress əgər genetik səbəblər yoxdursa,
saçın ağarmasına səbəb olan ən önəmli faktor sayılır. Çünki stress saça
rəng verən melanin ifrazına birbaşa təsir edir.

Qidalanma da saç ağarması ilə
birbaşa əlaqəlidir. Xüsusilə yetərli B12 və B9 vitaminləri, sink, biotin
və E vitamini qəbulu olmadıqda saçların piqmentlərinin itməsi baş
verir. Bu vitamin və mineralları qidalardan ala bilərsiniz. Həmçinin
qidalanmanızda yüksək səviyyədə antioksidanta malik olan yaşıl yarpaqlı
tərəvəzlərə, qırmızı rəngli tərəvəz və meyvələrə üstünlük verə
bilərsiniz.

Bununla yanaşı siqaret çəkməyin də
saç bəyazlamasının bir digər səbəbi olduğu aparılan araşdırmalar
nəticəsində öz təsdiqini tapmışdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!