Üz formanıza görə saç kəsiminizi təyin edin

Üz formanıza görə saç kəsiminizi təyin edin
Saç və Dəri baxımı
10.09.2017 20
Üzünüzün forması hansına daha uyğun gəlir? Dairəvi, kvadrat, ürək şəklində, yoxsa oval?

Əlbəttə
ki, hər kəsin üz quruluşu fərqlidir. Buna görə də öz üzünüzü yuxarıdakı
formalardan heç birinə bənzətməyə bilərsiniz. O zaman üzünüzün
formasını müəyyən etmək üçün aşağıdakı qeydlərə nəzər salın: - Üzünüz həm uzun həm də genişdir? O zaman siz ya dairəvi ya da kvadrat üz quruluşuna sahibsiniz.

- Üzünüzün uzunluğu genişliyindən daha çoxdursa, o zaman üzünüzün quruluşu oval formadadır.

- Çənəniz kəskin xətlərə məxsus və ya kvadrat formalıdırsa, onda sizin üz quruluşunuz kvadrat hesap olunur.

- Çənəniz iti formalıdırsa və geniş alnınız varsa, böyük ehtimalla siz ürək formalı üz quruluşuna sahibsiniz.

Üz quruluşunu dəqiq müəyyən etdikdən sonra sıra sizə ən çox yaraşan saç kəsimini seçməkdədir.

1. Kvadrat üz quruluşu:

Kvadrat üz diqqəti güclü çənəyə və
sərt cizgilərə çəkəcək saç kəsinləri ilə daha gözəl görünə bilər. Buna
alternativ olaraq sərt bucaqlar diqqəti gözlərinizə və dodaqlarınıza
çəkmək üçün tərtib olunmuş kəsimlərlə yumşaldıla bilər. Çənə
səviyyəsindəki küt saç kəsimi kvadrat çənənin gözəlliyini vurğulayaraq
üzə mükəmməl bir forma verir. Uzun və dalğalı saçlar üzdəki bütün
formanı nizamlı göstərir. Uzun, düz saçlar kvadrat üzlə ziddiyyət
yaradır ki, bu da üzə çox gözəl görüntü verir. Bundan əlavə üzünüzün alt
qisminə çox diqqət çəkərək üzünüzü daha geniş göstərən yüksək qısa saç
kəsimlərindən qaçın.

2. Oval üz quruluşu:

Oval üzünüzə uyğun qatlı kəsimi
tətbiq edin. Oval üzlər belə kəsimlərdə mükəmməl görünürlər. Qatlı
kəsim, çolkalı kəsim, dalğalı saç düzümü uzun üzlərin gözəl görünməsinə
yardım edir. Çox uzun ya da çox qısa saç kəsimindənsə, orta boy saç
kəsimi üzünüzün daha az uzun görünməsini təmin edir. Çolkalı, düz saç
kəsimi oval üzlülər üçün gözəl bir seçimdir. Bu saç kəsimləri gözləri
ortaya çıxarır və iti çənənizlə üzünüzü tamamlayır. Çiyin səviyyəsində
qatlı kəsim oval şəkildəki üzlərin ən gözəl hissələrini üzə çıxararaq
diqqəti çənəyə çəkməyi bacarır. Əgər
saçınızı qısa kəsdirmək istəyirsinizsə, çox qısa saç kəsimi yerinə bəzi
hissələrin daha qısa, bəzi hissələrin isə daha uzun olduğu bir kəsimi
sınaya bilərsiniz.

3. Ürək formasında üz quruluşu:

Orta boy və uzun saç ürək
formasındakı üz üçün ideal bir seçimdir. Çənənin ətrafındakı hissəni
dolduraraq üzünüzdə nizam yaradır. Bu üz formasında yanağın altında
bitən qatlar almacıq sümüklərini vurğulayır. Yandan ayrılan saç
kəsimləri isə gözləri ortaya çıxarır və alnı daha kiçik göstərir.
Çolkalı, qısa saç kəsimi zərif çənənizi ortaya çıxardığından və gözlərin
daha böyük görünməsinə səbəb olduğundan ürək formasındakı üz üçün
mükəmməl bir seçim ola bilər.

4. Dairəvi üz quruluşu:

Üzünüzün yuvarlaq və yumşaq
görünüşünü ortaya çıxarmaq üçün zərif saç kəsimlərini seçin və dağınıq
saç kəsimlərindən uzaq olmağa çalışın. Orta uzunluqdakı saç kəsimləri
sizin üz quruluşunuza uyğun gələcəkdir. Qulaqlarınızın altına düşən qısa
qat saç kəsimlərini də seçə bilərsiniz. Ən uzun saç qatınız isə
çənənizdən bir-iki barmaq aşağıda olmalıdır. Uzun kəsimlər də üzünüzün
ətrafında mükəmməl görünəcəkdir. Çünki uzun kəsimlər üzünüzün daha uzun
görünməsinə səbəb olur. Üzünüzün dairəviliyi ilə ziddiyyət yaratmaq üçün
uzun dalğalı modellər tətbiq edin. Asimmetrik saç kəsimləri dairəvi
üzlü şəxslər üçün cəsur və gözəl bir hərəkət ola bilər. Uzun və çolkalı
saç kəsimi dairəvi üzünüzün ətrafında kəskin xətlər yarada bilər. Küt
saç kəsimi də seçimlər arasındadır. Alma yanaqlarınızı ortaya çıxaracaq
və gözlərinizi daha böyük göstərəcək qısa saç kəsimi də seçə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!