Sızanaq izlərini necə aparmaq olar?

Sızanaq izlərini necə aparmaq olar?
Saç və Dəri baxımı
10.09.2017 21
Sızanaq izlərindən evdə özünüz hazırladığınız maska və məlhəmlərlə
qurtula biləcəyinizi bilirdinizmi? İzlərin keçməsi davamlı istifadə və
diqqətə bağlı olaraq inkişaf göstərir. Əlbəttə bu inkişaf sızanaq
izlərinin dərinliyinə və boyuna bağlı olaraq dəyişir. Bu səbəbdən dərin
sızanaq izləri üçün birdən-birə keçməsini gözləməmək və səbrlə maskaları
istifadə etməyə davam etmək lazımdır.
İndi isə sizə sızanaqlarınızdan qurtulmaq üçün effektli maska reseptini təqdim edirik:



Lazım olan vasitələr:

1 çay qaşığı bal

1 yumurta ağı

1 yemək qaşığı süd

1 çay qaşığı alma sirkəsi

8-10 ədəd cəfəri



Hazırlanması:

Yumurta ağını köpüklənənə qədər
mikser ilə çırpın. Cəfərini blenderlə yaxşıca əzərək püre halına gətirin
və yumurta ağı köpüyünə əlavə edin. Digər ərzaqları da əlavə edərək
qarışdırın. Bu maskanı ləkəli dəriyə çəkin və quruyanadək gözləyin. Daha
sonra ilıq su ilə təmizləyin və toniklə üzünüzü silin.

Qeyd: Maskadan istifadə etmədən öncə
dərinizin kiçik bir bölgəsində onu yoxlayın. Əgər dərinizdə həssaslıq
yaradarsa və ya sadalanan ərzaqlardan hər hansına allergiyanız varsa,
istifadə etməyin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!