Üzüm qabıq verir. Nə edim?

Üzüm qabıq verir. Nə edim?
Saç və Dəri baxımı
10.09.2017 31
Qış aylarında soyuq hava, külək, istilik sistemləri üz dərimizə çox
mənfi təsir edir - dəri quruyur, qabıq verir, öz elastikliyini itirir,
dartınır.

Bu problemlərlə mübarizə etmək üçün kosmetoloqların bu kimi tövsiyələrindən istifadə edin:

- Suyun qəbulunu artırın. Qış aylarında insanlar daha az su içir. Bu
isə susuzlaşmaya səbəb olur. Susuzlaşma ilk növbədə özünü dərinin
vəziyyətinin pisləşməsində göstərir.

- Evinizin havası çox quru olmamalıdır. Bu həm selikli qişaların, həm
də dərinin qurumasına səbəb olur. Evin havasını tez-tez dəyişin, xüsusi
havanı nəmləndirən cihazlardan istifadə edin.

- Qışda skrablardan daha az istifadə olunur. Lakin yumşaq skrabların
istifadəsi qabıqvermə problemini həll etməyə kömək edir. Ev şəraitində
adi yulaf yarmasından ("herkules") hazırlanan yumşaq skrab çox yaxşı
effekt verir. Yulaf yarmasını ilıq suda isladın və sonra üzünüzə çəkib
yüngül massaj edin. Dəriniz daha yumşaq və elastik olacaq.

Digər skrab resepti - 1 xörək qaşığı kəsmik və 1/2 çay qaşığı narın duz yaxşı qarışdırılır və skrab kimi istifadə olunur.

- Üzünüz qabıq verirsə, daha yağlı kremlərdən istifadə edin.

- Qidalanmanıza fikir verin. A, C və B qrupu vitaminlərin defisiti üz
dərisinə çox mənfi təsir edir. Qidalanmanızda meyvə-tərəvəz,
göyərtilər, balıq, yumurta, süd məhsulları bol olmalıdır.

- Ev şəraitində üz dərisini yumşaldan və qidalandıran maskalardan
istifadə etmək olar. 1 yumurta sarısı, 1 çay qaşığı bal, 1 çay qaşığı
zeytun yağı, 1 xörək qaşığı yulaf yarması unu (yarmanı üyütmək lazımdır)
yaxşı qarışdırılır və üz dərisinə çəkilir. 20 dəqiqədən sonra üzünüzü
ilıq su ilə yuyun.

Kətan yağını su hamamında bir az qızdırın və üz dərinizə çəkin. 20 dəqiqədən sonra üzünüzü ilıq suda isladılmış salfetlə silin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!