Saç kremləriniz özünüz hazırlayın

Saç kremləriniz özünüz hazırlayın
Saç və Dəri baxımı
10.09.2017 7
Bildiyiniz
kimi kimyəvi tərkibli maddələrin əldə olunması asan olsa da onların
sağlamalığınıza verdiyi zərərdən yəqin ki çoxunuz xəbərsizsiniz. Üz və
saça qulluq zamanı işinizə yarayan vasitələr vardır ki, bunları əldə
etmək çox asandır.



Yəqin
ki, hər biriniz marketlərdən aldığınız saç maskalarından, yaxud da
kremlərdən istifadə etmisiniz. Tərkibini bilmədiyiniz bu kremlər
saçlarınıza zaman keçdikcə mənfi təsir göstərir.



Bir qədər vaxtınızı alacaq amma əvəzində sağlamlığınızın keşiyində duracaq, kremləri özünüz hazırlaya bilərsiniz.



Qadınlar.biz  sizlərə saç kremlərinin evdə hazırlmaq qaydasını təqdim edir.



Hər
zaman asanlıqla tapılan badam yağı, jajoba, limon yağı, lavanda yağı,
çay ağacı yağı və s istifadə edərək saç kremlərinizi özünüz hazırlaya
bilərsiniz.



Əgər
əlinizdə tərkibində hər hansı kimyəvi maddələr olmayan bir saç kreminiz
varsa və o sizi qane etmirsə, bu kreminizin içərisinə yuxarıda adları
çəkilən yağlardan hansısa birini əlavə edib istifadə edə bilərsiniz.
Saçlarınıza çəkməzdən qabaq yaxşıca çalxalayıb, sonra tətbiq edin. 2-3
dəqiqə sonra darayıb, yaxalayın.



Minerallarla zəngin bir saç kremi hazırlamaq istəyirsinizsə onda bu maddələrdən istifadə etməyiniz məsləhətdir.



2 xörək qaşığı çay sodası

Maddələri pasta halına gətirəcək qədər təmiz su

2 damcı lavanda yağı.



Bu maddələri bi-birinə qarışdıraraq qalın və gec təmizlənən saçlar üçün istifadə edə bilərsiniz.



Saçalarınızı
dəfələrlə düzləşdirməyinizə baxmayaraq yenidən şişirsə sizə aşağıdakı
kremi hazırlayıb, istifadə etmək tövsiyyə edilir.



1 ədəd orta ölçülü banan

½ avakado 



Saçınızın uzunluğundan qısalığından aslı olaraq 3 qaşıq kakos yağı



Hazırlamaq
qaydası çox sadədir. Bunun üçün ilk növbədə banan və avakadonu çəngəl
vasitəsi ilə əzib, pürə halına gətirdikdən sonra üzərinə kakos yağı
əlavə edin. Saçlarınıza tətbiq etdikdən 15-20 dəqiqə sonra yaxalayın.



Daha
parlaq və canlı saçlar hər bir qadının arzusudur. Siz də belə saçlar
xəyal edirsinizsə, o zaman xəyallarınızı gerçəyə çevirə bilərsiniz.
Bitki yağı tərkibli bu kremi hazırlayıb saçlarınıza çəkin və nəticəsini
özünüz tez bir zamanda hiss edəcəksiniz.



2 xörək qaşığı alma sirkəsi

4 xörək qaşığı su

5 damcı istənilən bitkinin yağı



Bütün bunları qarışdırıb ağzı bağlı bir qabda saxlayın. İstifadədən əvvəl mütləq çalxalayıb, sonra tətbiq edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!