Yağlı saçlarla necə mübarizə aparmalı?

Yağlı saçlarla necə mübarizə aparmalı?
Saç və Dəri baxımı
10.09.2017 13
Saçınız tez-tez yağlanır? İstifadə etdiyiniz şampunların heç bir faydasını görmürsünüz?

pH balansı

Mütəxəssislər
bildirir ki, saçın həddən artıq quru və ya yağlı olması baş dərisinin
pH balansından asılır. Baş dərisinin pH balansını qoruyaraq həddindən
artıq yağlılığın qarşısını ala bilərsiniz. Bunun üçün saçlar tərkibində
xlor olmayan su ilə yuyulmalıdır.

 

Saçlarınıza toxunmayın!

Saçınıza əlinizlə forma verməyi tərgidin. Mümkün olduğu qədər əllərinizi saçınıza toxundurmayın.

 

Aloe-vera (əzvay)

Bir
xörək qaşığı təbii tərkibli şampunla eyni miqdarda aloe-vera şirəsini
qarışdırın. Şampunu saç diblərinə çəkib masaj edin, ilıq su ilə yuyun.
Bu proseduranı həftədə 3 dəfə təkrarlayın.

 

Nəmləndirin!

Saçlarınızı nəmləndirmə xüsusiyyəti olan şampunla yuyun. Həftədə bir dəfə xüsusi nəmləndirici vasitələrdən istifadə edin.

 

Zülal

Saçlarınızın
yağ balansını qorumaq üçün qidalanmaya da xüsusi diqqət etməlisiniz.
Xüsusi saçların yağlanmasının bir səbəbi də hormonlardır. Yağlı yemək və
şirniyyatlar dəri üçün zərərlidir. Zülalla zəngin olan qidalar yeyin.

 

Limon şirəsi

Limon
şirəsi toksinləri təmizləyərək saçların yağ balansını qoruyur. Saçı
şampunlayıb yuduqdan sonra içərisinə limon şirəsi qatılmış su ilə
yaxalayın.

 

Stress

Stress
saçların yağlanmasına və tökülməsinə səbəb olur. Rəqs edin, musiqi
dinləyin, əylənin – bir sözlə, stresslə mübarizə aparmaq üçün sizi
xoşbəxt edəcək məşğuliyyətlərə vaxt ayırın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!