Qışda dərimizi necə qoruyaq?

Qışda dərimizi necə qoruyaq?
Saç və Dəri baxımı
10.09.2017 14
Soyuq havada dəri xüsusi qulluq tələb edir.



Dərinin gözəlliyini hər fəsildə qorumaq lazımdır. Amma qışda - şaxtalı soyuq havalarda bu xüsusi diqqət tələb edir. 



Yay günəşinin altında çox qalmağın dəri üçün təhlükəli olduğu kimi
qışda da soyuq hava fəsadlara yol aça bilər. Qadınlar.biz  qışda da
gözəl və hamar dəriyə sahib olmağın 12 yolunu oxucularına təqdim edir.



Mövsümə uyğun qulluq

Payız və qış aylarında dəriyə qulluq məqsədi ilə aldığınız kremlərin
istifadə qaydalarına diqqət edin. Paltarları fəslə uyğun neçə
seçirsinizsə kremləri də elə seçin. 



Bir krem azdır

Yaz-yay aylarında sadəcə bir krem kifayət edir. Qışda isə məsələn həm
nəmləndirici, həm də qidalandırıcı kremlər alın və istifadəedin. 



Əlləri unutmayın

Əlləri insanın yaşını ələ verən ilk yoldur. Üzünüz, saçınız, formanızı
qoruyaraq gənc görünmək istəyirsinizsə, əllərə qulluğu unutmayın. Ancaq
əl kremi ilə kifayətlənməyin. Soyuq havada çölə əlcəksiz çıxmayın.
Kremdən ev şəraitində də istifadə mütləqdir. 



Ətiri bədənə yox, geyimə vurun

Dermatoloqlar qışda ətirdən çox istifadə etməməyi məsləhət görürlər.
Çünki qalın paltarda onun tərkibindəki spirt sovrulmur və dərini
qurudur. Ətirdən ümumiyyətlə istifadəni dayandırmaq mümkün deyil. Ona
görə də, onu geyimə vurun.



Dərini nəmləndirin

Əgər dəriniz qurudursə qış aylarında tərkibində spirt olan toniklərdən
istifadə etməyin. 20 yaşından sonra göz ətraflarına xüsusi serum kimi
dermokosmetik məhsullardan istifadə edə bilərsiniz.



Təmizliyə diqqət edin

Dərinizdə yaranacaq codluq və dəridə yaranacaq çatların yaranmaması
üçün qış aylarında duşdan daha çox istifadə edin. Duşdan sonra
nəmləndirici kremlərdən istifadə etməyi unutmayın. 



Qış aylarında duş geli əvəzinə duş kremi ya da duş yağı istifadə edilməsi məsləhət görülür. 



Pilinq zamanı

Plinq üçün ən yaxşı vaxt qış aylarıdır. Dərinin gözəlliyi üçün ölü hüceyrələrin təmizlənməsi şərtdir. 



Bol su və Omega-3 qəbul edin

Bol su içmək ancaq yay aylarında deyil bütün fəsillərdə lazımdır. Soyuq
havada susuzluq hiss edilməsə də dərinin nəmliyə ehtiyacı var.



Dodaqlarınızı qoruyun

Havanın soyuq və şaxtalı olması ilə əlaqədar olaraq dodaqlarımızda
çatlar yaranır. Dodaqlarınıza yatmamışdan qabaq, xüsusi nəmləndirici
dodaq kremindən istifadə edə bilərsiniz. 



Ayaqlara xüsusi diqqət edin

Qışda ayaqlarım onsuzda görünmür deyərək onları qulluqdan məhrum
etməyin. Hər duşdan sonra ayaqlarınıza mütləq nəmləndirici losyon
sürtün. Xüsusilə tərkibində qliserin olan kremləri seçin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!