Tülin Şahindən dəriyə qulluq

Tülin Şahindən dəriyə qulluq
Saç və Dəri baxımı
10.09.2017 22
Türkiyəli model və gözəllik məsləhətçisi Tülin Şahin dəriyə qulluq qaydalarından danışıb.

 

Tülin Şahinin üç fərqli dəri tipi üçün verdiyi məsləhətləri təqdim edirik:



Quru dəri:

Tülin Şahinin sözlərinə görə, quru dəri daha tez qocalır.



"Odur ki, belə dərini vaxtında nəmləndirmək vacibdir. Tərkibində təbii
yağlar olan nəmləndirici kremlərə üstünlük verin. Hər gün çoxlu su için,
yeməklərdə zeytun yağından istifadə edin”.



Yağlı dəri:

Ən problemli dəri tipi hesab edilsə də, Tülin Şahin yağlı dərinin daha gec yaşlandığını vurğulayır:



"Yağlı dəridə qırışlar daha gec əmələ gəlir. Yağlı dəriyə sahib olan
bir çox qadın tərkibində spirt olan tonik və losyonlardan, makiyaj
təmizləmə vasitələrindən istifadə edir. Bu tamamilə yanlışdır. Əsla belə
məhsullardan istifadə etməyin. Bu məhsullar dərinin daha çox
yağlanmasına və sızanaqların çoxalmasına səbəb ola bilər. Üz təmizləmə
gellərindən və ya köpüklərdən istifadə edin. Tərkibində spirt olan heç
nəyi üzünüzə vurmayın. Yağlı və ədviyyatlı qidaları menyunuzdan
çıxarın”.



Qarışıq dəri tipi:

Tülin Şahinin sözlərinə görə, belə dəriyə qulluq etmək nisbətən çətindir.



"Çünki T nahiyəsi yağlı olduğu halda, yanaqlarda quruluq hiss edilir.
Kreminizi, tonikinizi, losyonunuzu ev şəraitində hazırlayın. T
nahiyəsinə yağlılığı azaldan krem çəkdiyiniz halda, yanaqlara nəm
balansını qoruya biləcək kremlər çəkin”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!