Saçlarınızın gözəlləşməsinə möcüzəvi təsir göstərən qidalar

Saçlarınızın gözəlləşməsinə möcüzəvi təsir göstərən qidalar
Saç və Dəri baxımı
10.09.2017 3
Dəriyə qulluqla yanaşı saçlara qulluq edərkən də soyuducuda olan
qidalara ehtiyacımız olur. Saça qulluq üçün istifadə edilən qidaları
təqdim edirik.

 

Mayonez

Mayonez elektriklənən saçları yatızdırmağa və parıltılı bir görünüş qazandırmağa kömək edir.

Yarım stəkan mayonezi quru saçlarınıza sürtün və 30 dəqiqə saxlayın. Yarım saat sonra saçlarınızı ilıq su və şampunla yuyun.

 

Karbonat

Karbonat (soda) qabarcıqları saçlarınızdakı məhsul qalıqlarından xilas olmağa kömək edəcək.

Ovcunuza
bir az şampun tökün və üzərinə 1 xörək qaşığı karbonat əlavə edin.
Barmağınızla qarışdırın və saçınıza sürtün. Saçınızı köpürdün və
durulayın. Həftədə 1 dəfə bunu etsəniz, saçınız quru və cansız
görünməyəcək.

 

Avokado

Qırılan saç uclarının ən
əsas dərmanı avokadodur. Bir ədəd avokadonu əzib püre halına gətirin.
Püre üçün bir az süd, ya da qatıqdan da istifadə edə bilərsiz.
Saçlarınızın uclarına sürtün və yaxşıca yedirin. Bir neçə dəqiqə
saxlayıb yuyun.

 

Alma sirkəsi

Saçlarınız tez
yağlandığı üçün hər gün yuyursuzsa, alma sirkəsi işinizə yaraya bilər.
Saçların yağlanmasnı azaldır, mikrobları öldürür və parlaqlıq verir.
Saçlarınızı şampunla yuduqdan sonra durulamaq üçün ¼ stəkan alma
sirkəsindən istifadə edin.

 

Yumurta

Çiy yumurta saçlarda möcüzlər yaradır.

Yumurtanı
qırıb bir qabda çırpın və içinə zeytun yağı əlavə edin. Saçlarınıza və
saç dərisinə masaj edərək tətbiq edin. Bir az saxladıqdan sonra yuyun.
Yumurtadakı bol protein saçlarınıza güc və sağlıq verəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!