Saçlarınızın rənginizi ev şəraitində açın

Saçlarınızın rənginizi ev şəraitində açın
Saç və Dəri baxımı
10.09.2017 33
Saç rəngini açmaq və daha parlaq saçlara sahib olmaq üçün təbii yollardan istifadə edə bilərsiniz.

 

Bal

Balın
tərkibində olan hidrogen peroksid saç rəngini açır. ½ fincan saç
kreminin içinə ¾ fincan bal əlavə edin. Bu qarışığı nəmli saça vurun və
başınızı bağlayın.

 

Limon

Limon saç rənginin
açılmasına kömək edir. Həmçinin saçlara parlaqlıq verir. Daha təsirli
nəticə üçün isə təzə sıxılmış limon suyundan istifadə edin.

Limon
suyunu adi su ilə qarışdırın. Sprey şüşənin içinə qarışımı tökün və
saçınıza vurun. Bu proseduru günəşli günlərdə etməyiniz məsləhətli
deyil. Daha sonra mütləq saç maskası edin. Əks halda, saçlarınız quruya
bilər.

 

Çobanyastığı

Saç rəngini açan təsirli
bitkilərdən biri də çobanyastığıdır. Saç uclarını həftədə bir dəfə
çobanyastığı çayı ilə yuyun. Bu həmçinin saçlarınıza parıltı verəcək.

½
fincan çobanyastığı çiçəyini 6 fincan qaynar suya əlavə edin və yarım
saat dəmlənməsini gözləyin. Çay soyuduqdan sonra az nəmli saçlarda
istifadə edin. Yarım saata qədər saçınızda saxlayın. Sonra isə bol su
ilə saçınızı yuyun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!