Yağlı saçlarla baş etməyin yolları

Yağlı saçlarla baş etməyin yolları
Saç və Dəri baxımı
10.09.2017 2
Saçınız hər gün yağlanır və gün ərzində belə yumaq ehtiyacı
yaradırsa məsləhətlərdən yararlana
bilərsiniz.

İstər quru, istərsə də yağlı saçlar, baş dərisinin doğru
pH tarazlığına malik olmaması səbəbindən ortaya çıxır. Sağlam saçlara
sahib olmaq üçün, gərək əvvəlcə saç dəriniz sağlam olsun. Sağlam saç
dərisi isə, nə çox quru, nə də çox yağlı olmalıdır. Xüsusilə yağlı
saçlar bir çoxlarını narahat edir. Çünki səhər yuyulan saçlar günortadan
sonra artıq parlamağa başlayır və yağlı bir görüntü verir. Belə
insanlar hər gün saçlarını yuyurlar və mütəmadi olaraq saçlarının yağlı
görünüb-görünmədiyini düşünürlər.

 

Saçlarınıza toxunmayın

Əllərinizi
saçlarınızın içinə salaraq arxaya doğru çəkməyin və əsla saçlarınızla
oynamayın. Çünki saçlarınıza hər toxunduqda, yağ vəzilərini işə
salırsınız.

 

Aloe yağı

Bərabər ölçüdə aloe yağı və yüngül bir
bitki tərkibli şampunu qarışdırın. Dairəvi hərəkətlərlə baş dərinizi bu
qarışımla masaj edin. Dırnaqlarınız saç dərisinə dəyməsin. Beləliklə
saçınızı kirlərdən təmizləyəcəksiniz. Həftədə 3 dəfə təkrarlayın. Gözəl
nəticələr əldə edəcəksiniz.

 

Protein

Qidalanmanıza
diqqət etməlisiniz. Hormonların, saçların yağlı və ya quru olmasında
çox böyük təsiri var. Yağlı və şəkərli qidalar hormonlarınıza təsir
edərək, birbaşa yağ vəzilərinin işə keçməsinə səbəb olur. Araşdırmalara
görə, proteinlə zəngin qidalar, hormonlarınızın doğru işləməsinə gətirib
çıxaracaq. Bu zaman yağ vəziləriniz bir o qədər aktiv olmayacaq.

 

Limon suyu

Limon
suyu toksinləri təmizləyərək saçlarda yağ tarazlığını qoruyar. Limon
saç dərisində pH səviyyəsini müəyyənləşdirir, saç dərisinin sağalmasına
kömək edir, qan dövranını yaxşılaşdırır. Bir qədər su ilə limon suyunu
qarışdırın. Saçınızı şampunla yuduqdan sonra, limonlu su ilə saçlarınızı
durulayın. Saçlarınızın yağlılığı bir müddət sonra aradan qalxacaq.

 

Stresdən uzaq durun

Stresin
saç və dəri üzərində təsiri çox böyükdür. Çünki stress şəraitində
hormonların fəaliyyəti də dəyişir. Yağ vəziləri həddən artıq aktiv
işləməyə başlayır. İdman, rəqs, musiqi dinləmək, sağlam qidalanma ilə,
saçlarınız daha az yağlanacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!