Saç stilinizdən sıxılmısınızsa, bunları sınayın!

Saç stilinizdən sıxılmısınızsa, bunları sınayın!
Saç və Dəri baxımı
10.09.2017 21
Bir neçə kiçik aksessuar, bəzən sadə bir saç yığımı.. Bunlar saç stilinizdə dəyişikliklər etmək üçün istifadə edə biləcəyiniz yollardır. Heç də hər zaman saçları kəsdirməyə, boyalardan istifadə etməyə gərək yoxdur. Siz saçlarınıza zərər vermədən də, stilinizdə dəyişikliklər edə bilərsiniz.

Bəzən saçlarınızda yaradacağınız kiçik dalğalar, sizə başqa bir görüntü verə bilər.



Sadə bir topuza saç lenti taxmaqla fərqli bir görüntü yaradın. Rəng, forma seçimi isə genişdir. Yüz minlərlə saç lentləri içərisindən, geyiminizə uyğun olanı seçə bilərsiniz. Saç lentlərini müxtəlif saç formaları üzərində sınaya bilərsiniz. Fransız hörüyü, at quyruğu kimi saç modellərini, bu lentlərlə daha gözəl göstərə bilərsiniz.

 

Saç sancaqları

Sadə bir saçı daha gözəl göstərməyin yolu, eynilə kostyumu qalstukla tamamlamaq kimi, saçı da saç sancaqları ilə bəzəmək ola bilər.



Rezindən taxtaya, parçadan işıltılı daşlara qədər minlərlə seçim var. Geyiminizə və getdiyiniz yerə uyğun, onlardan birini seçə bilərsiniz.



Broşlar

Broş və zinət əşyaları stilindəki saç sancaqları, saçlarınızı, necə deyərlər, həyata qaytaracaq. Sadə bir topuz bir anda çox görkəmli saç modelinə çevrilə bilər.



Çiçək və yarpaqlar

Çiçək və yarpaq fiqurları, tez-tez müraciət olunan bəzək əşyalarındandır.



İncə saç sancaqları

Sıradan görünən bu sancaqlar, bəzən gözəlliyinizə gözəllik qata bilər. Sadəcə doğru formada istifadə etsəniz.



Saçı sancaqsız yığmaq

Bəzən saçı hər hansı rezin sancaqla deyil, özü ilə yığmaq çox gözəl görünə bilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!