Yağlı və kəpəkli saçlar üçün şampun məsləhətləri

Yağlı və kəpəkli saçlar üçün şampun məsləhətləri
Saç və Dəri baxımı
10.09.2017 7
Bir çoxumuzun problemlərindən olan yağlı və kəpəkli saçlar qısa müddətdə
özümüzü narahat edə biləcək səviyyəyə gələrək can sıxıcı bir hal almağa
başlayır. Tez-tez duş qəbul etməklə və əlavə vasitələrlə nəticə əldə
etməyə bilərsiniz. Bu yazımızda sizlərlə yağlı və kəpəkli saçlar üçün
təsirli şampun məsləhətlərimizi bölüşəcəyik.

 

- Sağlam saçlar üçün ideal olan, saç dərisi və saça qulluq üçün tövsiyə edilən 5.5 pH dəyərinə sahib şampun seçin.

- Saçların asan daranmasına kömək edən və kəpək yaranmasının səbəblərini aradan qaldıracaq vasitələr seçin.

-
Yağlı və kəpəkli saçlara sahibsinizsə, tez yağlanma və sürətli
kəpəklənmə problemini azaldacaq saça qulluq vasitələrini almağa diqqət
edin.

- Saçlarınızı yuyarkən
şampunu ovuc içərisinə bir miqdar tökün və 3 dəqiqə boyunca barmaq
uclarınız ilə saçlarınızın dibinə və saç dərisinə masaj edərək tətbiq
edin. Daha sonra ilıq su ilə yuyub dəsmal ilə qurulayın.

 

Məcbur qalmadıqca saçınızı fenlə qurutmamağa çalışın.

Bundan əlavə yağlı saçlar üçün
maskadan da istifadə edə bilərsiniz. Bəzilərimizin saçları genetik
olaraq digərlərindən daha yağlı ola bilər. Bunun təməl səbəbi yağ
vəzilərinin daha çox işləməsidir. Ancaq saçların yağlanmasının tək
səbəbi çox işləyən yağ vəziləri də deyil. Gün boyu məruz qaldığımız hava
kirliliyi, toz, duman və digər ətraf faktorlar saçlarımızın normadan
daha qısa müddətdə yağlanmasına səbəb ola bilər. Saçlarınız tez
yağlanırsa və bu səbəblə forma verməkdə çətinlik çəkirsinizsə, evdə
asanlıqla hazırlaya biləcəyiniz təbii saç maskalarından istifadə edərək
yağı azalda bilərsiniz. Saçınızı daha yumşaq edə bilər və sağlam
parlaqlıq əldə edə bilərsiniz.

Saçınızda
maska istifadə etməzdən öncə saçınızı və saç dərinizi buna hazırlayın.
Maskanı tətbiq etməzdən qabaq saçınızı yaxşıca təmizləmək istifadə
edəcəyiniz maskanın təsirini artıracaqdır.

 

Qatıq və yumurta maskası üçün ehtiyacınız olan ərzaqlar:

- 50 qram yağsız qatıq

- 1 yumurta

 

İstifadəsi:

Yumurta və qatığı bir-birinə yaxşıca
qarışdırdıqdan sonra saçınıza çəkin və 30 dəqiqə saxlayın. Maskanı
təmizləmək üçün ilıq su və şampundan istifadə edin. Bu maskanı saçınızı
şampunlamadan öncə həftədə 2 dəfə istifadə edə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!